17:14 07 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
5410

Günay Müsayeva inanır ki, hakim ədalətli qərar verəcək. Model etiraf edib ki, sevgilisinə sərxoş olduğu zaman bıçaqla xəsarət yetirib

BAKI, 27 iyun — Sputnik, Kəmalə Əliyeva. Türkiyədə populyar olan azərbaycanlı model Günay Musayeva İstanbulda bir neçə aydır sürən məhkəmədə sevgilisi Taha Tatlıcını bıçaqladığını etiraf edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən bildirir ki, 2020-ci ilin yanvarında modelin oğlunu döydüyü üçün sevgilisini bıçaqladığı barədə şayiələr yayılmışdı. Musayeva bunları təkzib etsə də, Tatlıcı polisə gedib.

Bu günlərdə baş tutan məhkəmə prosesində model keçmiş sevgilisini bıçaqladığını etiraf edib.

“Həmin axşam restoranda idik, bir az içki içdik. Mənim evimə gəldik və sözləşdik. Mən sərxoş idim. Yadımdadır ki, meyvə qabının içindəki bıçağı götürüb Tahanı vurdum. Çox ümid edirəm ki, hakim ədalətli qərar verəcək”, - Musayeva deyib.

Günay Musayeva Best Model of Azerbaijan – 2010-un qalibi və Best Model of the World – 2010-da vitse-miss olub. Müsabiqələrdə qalibiyyətlərdən sonra Türkiyəyə köçərək orada tanınmış aktyor Tolqa Karelə ərə getmişdi. Oğlu doğulandan sonra model aktyordan boşandı. O, müxtəlif ölkələrdə dünyaca məşhur dizaynerlərin defilelərində yer alır.

Əlaqədar

Dünyanın ən gözəl qızlarından biri Bakıya qayıtmaq arzusundadır
Rusiyalı müğənni: Bakını göz yaşları içində tərk elədim və bir daha oraya qayıtmadım
Kamilla Zərbəliyeva: "Qabağımda soyunmaq istəyənlər çoxdur"
Karantindən sonrakı ilk “zaqar” – məşhur azərbaycanlı mövsümü Cenevrədə açdı

Əsas mövzular