05:37 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
Sözlə deyə bilmədiklərimizin izharı - sənət (30)
28710

"Təsəvvür edin, parçanın xarası 6 manatdır. Parçadan alt hissədə isə kartondan istifadə olunur. Bunun da öz qiyməti var. Maya dəyəri 5-7 manat olan bir cüt başmağı satışa 20 manata verirəm. Satıcı da üzərinə istədiyi qiyməti qoyub hətta 40 manata da sata bilər"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 21 iyun — Sputnik. El arasında haqqında məsəl qoşulan sənətkarlardan biri də başmaqçılardır. "Başmaqçının başmağı olmaz" deyirlər. Bu məsəlin haradan və necə yaranması haqda isə uzun-uzadı rəvayətlər söyləmək olar. Qədim zamanlarda olduğu kimi çağdaş dövrdə də bu sənət Azərbaycanda yaşamaqdadır. Sputnik Azərbaycan bu dəfə köklü tarixi olan sənəti yaşadan usta ilə söhbətləşib. Müsahibimiz, 51 yaşlı ABAD-çı Ədalət Rəcəbov əlavə qazanc mənbəyi kimi başmaq düzəldərək satmaqla məşğuldur.

© Sputnik / Nigar Iskanderova
ABAD-çı Ədalət Rəcəbovun düzəltdiyi başmaqlar

Heç bir ali təhsili olmayan Ə.Rəcəbov deyir ki, bir əsgər dostunun məsləhəti ilə bu işə yatırım edib:

"Təxminən 20 il öncə əsgər dostum mənə belə bir ideya verdi ki, bəs başmaq düzəltməklə də pul qazana bilərsən. Bu fikir ağlıma batdı, o zaman yaxşı gəlir gətirən sahə olduğundan bu ideyanı reallaşdırdım. Sovet dövründə bu sənət yaxşı pul qazandırırdı, çünki Çindən elə də mal gətirilmirdi. Artıq 2000-ci ildə bu sahədə püxtələşməyə başladım, əlimdə olan investisiyanı bu işə yatırdım. Başmaq düzəltmək üçün qəlib də aldım. Hansı ki, bu qəlibin yaşı məndən də çoxdur".

Artıq 20 ildir ki, boş vaxtlarında başmaq düzəldərək satmaqla məşğul olan Ədalət dayı deyir ki, bu gün Çin, Pakistandan gətirilən belə mallar onların bazarını öldürüb: "Bu işə təzə başlayanda, yəni təxminən 15-20 il öncə, qazancım yaxşı idi. Amma pul dəyişdikdən, Pakistandan da belə mallar gətirildikdən sonra, təxminən 2005-ci ildən qazancım öldü. Pulun pul vaxtında 8 "şirvana satılırdısa", pul dəyişdikdən sonra bazar öldü. Çünki xammalın qiyməti qalxsa da, biz başmağı baha sata bilmirdik. Bu da təbii olaraq alıcılıq qabiliyyətinin zəifləməsinə təsir edirdi".

© Sputnik / Nigar Iskanderova
ABAD-çı Ədalət Rəcəbovun düzəltdiyi başmaqlar

"Təsəvvür edin, parçanın xarası 6 manatdır. Parçadan alt hissədə isə kartondan istifadə olunur. Bunun da öz qiyməti var. Maya dəyəri 5-7 manat olan bir cüt başmağı satışa 20 manata verirəm. Satıcı da üzərinə istədiyi qiyməti qoyub hətta 40 manata da sata bilər", - deyə o əlavə edib.

ABAD-çı gəlirinin az olmasına baxmayaraq bu işdən əl çəkməyəcəyinə qərar verib və günü bu günədək, artıq 20 ildir, sənəti yaşadanlardan birinə çevrilib.

Bir cüt başmağın ərsəyə gəlməsi üçün 2 gün zamanın kifayət etdiyini deyən usta bildirir ki, boş vaxtlarında, gün ərzində təxminən 3-4 cüt belə çarıq hazırlayır.

  • ABAD-çı Ədalət Rəcəbovun düzəltdiyi başmaqlar
    © Sputnik / Nigar Iskanderova
  • ABAD-çı Ədalət Rəcəbovun düzəltdiyi başmaqlar
    © Sputnik / Nigar Iskanderova
  • ABAD-çı Ədalət Rəcəbovun düzəltdiyi başmaqlar
    © Sputnik / Nigar Iskanderova
1 / 3
© Sputnik / Nigar Iskanderova
ABAD-çı Ədalət Rəcəbovun düzəltdiyi başmaqlar

Ədalət dayının sözlərinə görə, satıcılar bir hissəsi dəridən olan çarıqları almaqda maraqlı olmurlar: "Çünki dəridən istifadədə itki olur və bu səbəbdən biz onu elə ucuz verə bilmirik. Belə çarıqlar bizə baha oturur. Dermantində isə itki olmur və ucuz başa gəlir. Lakin dəridən hazırlanan belə çarıqlar daha keyfiyyətlidir. Dermantindən hazırlanan çarıqları bir dəfə geydin, tullayırsan".

Ədalət dayının alıcılarının daha çoxunu, təxminən 75 faizini turistlər, onların da böyük əksəriyyətini ərəblər təşkil edir. O, hətta bir ay boyunca "Ebay"da öz məhsullarının reklamını təşkil edib. Sifarişçiləri arasında Hollandiyada yaşayanlar da olub.

Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət (30)

Əlaqədar

İstedad nə əngəl, nə karantin tanıyır: mənim kimi et - VİDEO
Bir üzündə Rəsulzadə, o birində Atatürk: sənət əsərini həyətində yetişdirir - FOTO
Evini musiqi muzeyinə çevirən adam: “Son qəpiyimi də verib val almışam”
Əli qanla oynayan azərbaycanlı qız: "Yaşlılar məni satanist adlandırırlar"
Onun sazının sirri Kəlbəcərdən gəlib, oraya da qaytarmaq arzusundadır

Əsas mövzular