16:54 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
5401

Ruslana Cavadova agentlərindən cavab gözləyir. Onlar Ruslananın Amerikanın ən kreativ multimedia komandasının bir hissəsi olub-olmayacağına dair qərarı açıqlayacaqlar

BAKI, 20 iyun — Sputnik, Kəmalə Əliyeva. Ruslana Gee kimi məşhur olan azərbaycanlı model Ruslana Cavadova Amerikanın ən populyar evi olan TikTok House-a köçməyə hazırlaşır.

Sputnik Azərbaycan bildirir ki, orada TikTok tətbiqinin ulduzları yaşayırlar.

Model Amerikanın gənc TikTok istifadəçilərinin komandasına daxil olmaq üçün ərizə göndərib. Ona artıq cavab veriblər və modelin agentləri hazırda ev sahibləri ilə danışıqlar aparırlar. Bu barədə Ruslana özünün YouTube kanalında məlumat verib.

“TikTokçular üçün xüsusi ev tikilib, hamısı orada yaşayır. Düzü, hələ fikirləşirəm, çünki ora köçməyi elə də istəmirəm, öz mənzilim var. Görək agentlərim nə cavab gətirəcəklər”, - Cavadova deyib.

TikTok – qısa videoların yaradılması və  baxılması üçün servisdir. Bir çox ölkələrdə, eləcə də Amerikada onun nümayəndəlikləri var. Bu servisin ən aktiv istifadəçiləri TikTok House adlanan böyük binada yaşayırlar. Burada fəal gənclər yeni ideyalar reallaşdırır, çarxlar çəkirlər. Villa Hollivud təpəsinin zirvəsində yerləşir. Komandaya Amerikanın 19 ən kreativ tiktokçusu daxildir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Hype House (@thehypehousela)

Ruslana Bakıda doğulub. Hələ məktəbdə oxuyan vaxtından moda və gözəllik sahəsinə maraq göstərib. 2016-cı ildə "L'Officiel Awards" jurnalının Fransa, Ukrayna və Azərbaycanda keçirdiyi eyniadlı illik mükafatlandırma mərasimində iki nominasiya - "Ən yaxşı model" və "Ən yaxşı fashion-bloger" - üzrə qalib olub.

Cavadova eyni zamanda zinət əşyalarının dizayneridir. Əvvəlcə İstanbulda oxuyub, sonra təhsilini Los Ancelesdə davam etdirməyə qərar verib. Amerikada da blogerlik edir.

Əlaqədar

Dünyanın ən gözəl qızlarından biri Bakıya qayıtmaq arzusundadır
Kamilla Zərbəliyeva: "Qabağımda soyunmaq istəyənlər çoxdur"
Karantindən sonrakı ilk “zaqar” – məşhur azərbaycanlı mövsümü Cenevrədə açdı
Rusiyalı müğənni: Bakını göz yaşları içində tərk elədim və bir daha oraya qayıtmadım
Emin boşanması haqda: “Məni artıq evləndiriblər” - VİDEO

Əsas mövzular