CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həkimlər Bəhramı xilas etmək üçün əllərindən gələni edirlər - xanımı Şəhla Bağırzadə

© AFP 2023 / PIERO CRUCIATTIДоктор одной из поликлиник, фото из архива
Доктор одной из поликлиник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bəhram Bağırzadə artıq bir neçə gündür, xəstəxanada imiş. Ancaq ötən gecə vəziyyəti qəfil pisləşdiyindən həkimlər onu reanimasiyaya köçürüblər

BAKI, 14 iyun — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə, xəbər verdiyimiz kimi, ağır vəziyyətdə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Bunu Sputnik Azərbaycan-a aktyorun həyat yoldaşı Şəhla Bağırzadə də təsdiqləyib. O qeyd edib ki, Bəhram Bağırzadə artıq bir neçə gündür, xəstəxanada imiş. Ancaq ötən gecə vəziyyəti qəfil pisləşdiyindən həkimlər onu reanimasiyaya köçürüblər. 

“Biz hamımız çox həyəcan keçiririk. Onun vəziyyəti çox ağırdır. Həkimlər onu xilas etmək üçün əllərindən gələni edirlər. Mən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya onun müalicəsini nəzarətə götürdükləri üçün təşəkkür edirəm. Bizə ancaq dua etmək qalır”, - Şəhla Bağırzadə deyib.

Mərkəzi Gömrük Xəstəxanası REAL TV-nin sorğusuna cavab olaraq bildirib ki, Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Aktyor Bəhram Bağırzadə Sputnik Azərbaycanın redaksiyasında - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Bəhram Bağırzadə ağır vəziyyətdə reanimasiyaya yerləşdirildi

Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu aşkarlanıb. 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Dünya təcrübəsində ağciyər toxumasının 75%-i üzərində olan zədələnmələrində COVID-19 xəstələrinin yaşamaq şansının çox az olduğu bidirilir.

Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq saturasiyanın artırılmasına nail olunmayıb. Saturasiya günboyu aparılan müalicələr ilə yenə 50% ətrafında olduğuna görə saat 23:00 radələrində konsilium keçirilib və xəstənin EKMO cihazına qoşulmasına qərar verilib. Qeyd edək ki, EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Ötən gecə saat 02 radələrində Mərkəzi Gömrük Hospitalının reanimatoloqları və cərrahları tərəfindən xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun  vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır

Xəbər lenti
0