CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəhram Bağırzadə ağır vəziyyətdə reanimasiyaya yerləşdirildi

© Sputnik / Murad OrujovAktyor Bəhram Bağırzadə Sputnik Azərbaycanın redaksiyasında
Aktyor Bəhram Bağırzadə Sputnik Azərbaycanın redaksiyasında - Sputnik Azərbaycan
Abunə olmaq
Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb

BAKI, 14 iyun — Sputnik. Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə yaxın iki ay ərzində əhatə dairəsi xaricində olacaq.

Bu barədə Sputnik Azərbaycan-a o özü məlumat verib.

Aktyor özünün qeybə çəkilməsi üçün dəqiq səbəbi açıqlamayıb, amma xatırladaq ki, bir müddət öncə Bəhram Bağırzadənin koronavirusa yoluxması barədə məlumat yayılsa da, o bunu inkar etmişdi. 

“Mənim əziz dostlarım! Sizi çox sevirəm, hörmət edirəm və uzun illərdir çalışıram ki, hər səhər kefinizi açım, hər gecə də xeyir-dualarla sağollaşıram. Anlayışınıza ümid edirəm, çünki üzrlü səbəblərə görə yaxın iki ay müddətində sizin zəng və mesajlarınıza cavab verə bilməyəcəm. Allah qoysa, komfort zonasına qayıdanda özüm sizinlə əlaqə saxlayacam. Hər birinizə dərin hörmət və anlayış göstərəcəyiniz ümidilə sizin Bəhram”, - deyə aktyor dostlarına müraciət edib.

“Parni iz Baku” teatrının rəhbəri Tahir İmanov isə haqqin.az-a bildirib ki, Bəhram Bağırzadə ağır vəziyyətdə xüsusiləşdirilmiş xəstəxanalardan birinin reanimasiya şöbəsinə aparılıb.

Onun sözlərinə görə, aktyora koronavirus diaqnozu qoyulub: “Bəhram Bağırzadənin müalicəsini Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva nəzarətə götürüblər. Biz onlara təşəkkür edirik. Həkimlər Bəhram Bağırzadənin xilası üçün əllərindən gələni edirlər. Ümid edirik ki, həkimlərin səyi ilə həyatı qurtulacaq”.

Mərkəzi Gömrük Xəstəxanası REAL TV-nin sorğusuna cavab olaraq bildirib ki, Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu aşkarlanıb. 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Dünya təcrübəsində ağciyər toxumasının 75%-i üzərində olan zədələnmələrində COVID-19 xəstələrinin yaşamaq şansının çox az olduğu bidirilir.

Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq saturasiyanın artırılmasına nail olunmayıb. Saturasiya günboyu aparılan müalicələr ilə yenə 50% ətrafında olduğuna görə saat 23:00 radələrində konsilium keçirilib və xəstənin EKMO cihazına qoşulmasına qərar verilib. Qeyd edək ki, EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Ötən gecə saat 02 radələrində Mərkəzi Gömrük Hospitalının reanimatoloqları və cərrahları tərəfindən xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun  vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.

Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi  birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir. 

Xəbər lenti
0