18:43 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
20 0 0

Müğənni İsgəndər Həsənzadə müxtəlif ölkələrdən istedadların iştirak etdiyi beynəlxalq müsabiqənin mükafatına layiq görülüb.

BAKI, 13 iyun — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı gənc ifaçı İsgəndər Həsənzadə Belarusda "LeMari" beynəlxalq uşaq yaradıcılıq müsabiqə-festivalında birinci yeri tutub. Bu barədə Sputnik Azərbaycan-a müğənni özü bildirib.

Layihənin təşkilatçıları Uşaq İnkişaf və Yaradıcılıq Mərkəzi və "LeMari" ailə studiyası olub. Müsabiqədə müxtəlif ölkələrdən ifaçılar və musiqiçilər iştirak ediblər.

Həsənzadə "Akademik vokal. Solo" nominasiyasında qalib gəlib. Ona müsabiqənin diplomu təqdim edilib.

Layihənin direktoru Yelena Leşinskayadır, münsiflər heyətinin tərkibinə isə müxtəlif ölkələrdən tanınmış şəxslər daxil olub: Vera Sannikova (İsrail), Toni Aleksovski (Makedoniya), Vyaçeslav Larin (Belarus), Tatyana Apanasenko (Ukrayna) və Rossi Yordanova (Bolqarıstan).

Həsənzadə əldə etdiyi nailiyyətlərlə kifayətlənmək niyyətində deyil və onun sözlərinə görə, müsabiqə və festivallarda iştirakını davam etdirəcək.

İsgəndər Həsənzadə beş yaşından vokal ilə məşğul olur, altı yaşından isə Georgi Şaroyev adına 35 saylı Bakı Uşaq Musiqi Məktəbində təhsil alır. O, 15 musiqi müsabiqəsində iştirak edib. İsgəndər "Riga Simphony 2019" beynəlxalq festivalının və Yelena Obraztsova adına gənc vokalçıların müsabiqəsinin laureatı, "Uşaq Yeni Dalğası 2019" və "Slavyan Bazarı - Uşaqlar 2019" musiqi müsabiqələrinin finalçısıdır. O, "Qış 2" Bakı beynəlxalq musiqi festivalında da iştirak edib.

Əsas mövzular