CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Eurovision" tarixinin ən yaxşı mahnısı bəlli olub

© AP Photo / Robert DearВсемирно известная группа ABBA, фото из архива
Всемирно известная группа ABBA, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hitə çevrilən bəstə qısa zaman ərzində 6 milyon nüsxə satılmışdı. Məhz bu çıxışdan sonra qrup böyük karyerasına start vermişdi.

BAKI, 19 may — Sputnik. Bir neçə gün əvvəl "Eurovision 2020" mahnı müsabiqəsinin möhtəşəm onlayn-konserti keçirilib. Sputnik Azəraycan xəbər verir ki, dünyanın 46 ölkəsindən olan iştirakçılar öz mahnıları ilə yanaşı keçmiş illərin hitlərini də ifa ediblər. Yayım zamanı tamaşaçıların "Eurovision" tarixi dövründə səslənən ən yaxşı mahnını da seçmək imkanı olub.

Səsvermədə əfsanəvi ABBA qrupunun "Waterloo" mahnısı birincilik qazanıb.

ABBA bu mahnı ilə İsveçi 1974-cü ildə Britaniyanın Brayton şəhərində keçirilən müsabiqədə təmsil etmişdi. Hitə çevrilən bəstə qısa zaman ərzində 6 milyon nüsxə satılmışdı. Məhz bu çıxışdan sonra qrup böyük karyerasına start vermişdi.

Xəbər lenti
0