05:35 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
78 0 0

“Mən gedən günü çörək çox satılardı... Elə bilirdim ki, ayağım düşərlidir. Amma indi anlayıram ki, o çörəyi bəlkə də balaca qızcığaza acıyıb alırdılar...”

BAKI, 18 may — Sputnik. "Cehizsiz gəlinlər" serialı ilə məşhurlaşan aktrisa Günay Əhməd sosial media hesabında arxiv fotosunu paylaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi uşaqlığından söz açaraq keşməkeşli həyatından danışıb: "Rusiyadan təzə köçmüşdük. Öz evimiz də yox idi. Üç övlad, ata və ana... Atam dolanmaq üçün qaldığımız evin həyətində təndir tikmişdi. Anam gecələr xəmir yoğurub, səhərlər çörək bişirib onu aparıb köhnə Binə bazarında satırdı. Yararlı olum deyə, mən də elə həvəsli idim ki... Onunla çörək satmağa getmək üçün can atırdım. Hərdən özü ilə aparırdı. Amma satışın bir qaydası var idi: "Çörək var! Çörək var! 500 manata!" deyə, qışqırmalıydın. Mən də sevinclə qışqırırdım. Mən gedən günü çörək çox satılardı... Elə bilirdim ki, ayağım düşərlidir. Amma indi anlayıram ki, o çörəyi bəlkə də balaca qızcığaza acıyıb alırdılar...

Heç vaxt keçmişimdən utanmadım. O günlər mənə mübariz, gözütox, zəhmətkeş olmağı öyrətdi. Heç vaxt düşünmədim ki, niyə o uşağın "Barbi" kuklası var, amma mənim yoxdur. Onların yerinə sevinməyi də bilirdim. Bu günədək hər şeyi gülərək qarşılayıram. Bu da keçər deyirəm, keçir də... Bu gecə özünü lazımlı, yararlı sayan, "Çörək var! Çörək var! 500 manata!" deyən o qız üçün çox darıxdım..."

Qeyd edək ki, sənətçi "Könül yarası", "İkinci Pərdə" kimi ekran işlərində yaddaqalan obrazlar yaradıb. O, hazırda "Ofis işi" adlı serialda rol alır.

Əsas mövzular