15:46 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
19 0 0

Onikibarmaq bağırsağımda daş var idi, onu götürdülər. Amma indi yenə əmələ gəlib. Karantin bitəndən sonra xaricə müalicəyə gedəcəm.

BAKI, 18 may — Sputnik. Əməkdar artist Rəhman Rəhmanovun səhhətində yenidən problem yaranıb. Sputnik Azərbaycan xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" verilişində danışıb.

R.Rəhmanov bildirib ki, karantindən sonra xaricə müalicəyə gedəcək. O, onikibarmaq bağırsağında şiş yarandığını açıqlayıb: "Onikibarmaq bağırsağımda daş var idi, onu götürdülər. Amma indi yenə əmələ gəlib. Karantin bitəndən sonra xaricə müalicəyə gedəcəm".

Sevilən aktyor yenidən ağrılarının baş qaldırdığını vurğulayıb: "Hələ həkimə getməmişəm. Dərmanla məni saxlayırlar. Kimyaterapiya da hələ məsləhət görülməyib. Qorxmuram, yaşadığım qədər yaşamışam, işləmişəm. Nə olacaqsa olacaq. Bu ağrı, xəstəlikdənsə, yaşamamaq yaxşıdır".

Qeyd edək ki, Rəhman Rəhmanov A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyorudur. O, "Kişi sözü", "Gənc qadının kişisi", Dəvətnamə, "Olacağa çarə yoxdur", "Yeni həyat", "Yoxlama" kimi filmlərdə rol alıb.

Əsas mövzular