13:13 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
MƏDƏNİYYƏT
Qısa URL
10010

Müğənni Türken Salmanova Sputnik Azərbaycan-a müsahibəsində Rusiyanın məşhur musiqi leyblının bir hissəsinə çevrilməsindən və hazırkı işlərindən danışıb.

BAKI, 14 may — Sputnik, Kəmalə Əliyeva. Yeni başlayan azərbaycanlı müğənni Türken Salmanova rusiyalı dinləyiciləri Bəxtiyar Əliyevlə (Bahh Tee) duetdə ifa etdiyi kompozisiyaları ilə valeh edib. Hal-hazırda o, Azərbaycanın Xalq artisti Emin Ağalarov və Bahh Tee tərəfindən yaradılmış Zhara Music musiqi leyblının artistidir. Salmanova Sputnik Azərbaycan-a müsahibəsində özü haqqında ətraflı məlumat verib.

Müğənni Norilskdə anadan olub və böyüyüb. 11 yaşından oxumağa başlayıb. Gələcək müğənninin anası qızındakı vokal göstəricilərini görüb və onu Norilskdəki musiqi dərnəyinə yazdırıb. Türken bir çox layihələrdə iştirak edib, regional və beynəlxalq vokal müsabiqələrinin laureatı olub.

Посмотреть эту публикацию в Instagram

Публикация от Turken Salmanova (@turken.zm)

"Orta məktəbi bitirdikdən sonra musiqi kollecinin xor dirijorluğu şöbəsinə daxil oldum və gələcəyimi musiqi ilə bağlamaq qərarına gəldim. Mən təhsilimi vokal istiqamətində davam etdirdim, buna görə Popov adına Xor Sənəti Akademiyasının musiqi-teatr incəsənəti kafedrasına daxil oldum. Orada akademik və opera vokallarını öyrənirəm. Buna görə də akademik vokaldan estrada mahnılarına yenidən başlamaq əvvəlcə mənim üçün bir qədər çətin idi", - deyə Salmanova bildirib.

Müğənni Azərbaycanda çoxdandır olmayıb və dediyinə görə, ölkənin müasir musiqi həyatında baş verən hadisələri izləmir. İndi o, əsasən, Azərbaycanın Xalq artisti Əzizə Mustafazadənin kompozisiyalarını dinləyir. Türkenin sözlərinə görə, Əzizənin caz ifası onu ilhamlandırıb və ilhamlandırmaqda davam edir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Turken Salmanova (@turken.zm)

Salmanova uzun müddət populyar treklərdə kaver-versiyaları ifa edib - əvvəlcə yalnız özü üçün. Sonra isə "Instagram"da qeydiyyatdan keçmək və ora öz ifalarının videoçarxlarını yerləşdirmək qərarına gəlib. Məhz sosial şəbəkənin sayəsində müğənni Zhara Music musiqi leyblının həmtəsisçisi və baş prodüseri Bahh Tee ilə tanış olub. Bu tanışlıq onun həyatını dəyişib.

"Mən Asammuellin repertuarından "Vremennaya lyubov" ("Müvəqqəti sevgi") mahnısına kaver yazdım, onu "Instagram"da nümayiş etdirdim. Burada Bahh Tee də məni görüb. O bildirdi ki, mənim yaxşı vokal göstəricilərim var və səsim sehrlidir. Bir müddət sonra Zhara Music-ın ofisinə dəvət olundum. Beləliklə, mən bu leyblın bir hissəsinə çevrildim", - deyə Salmanova bildirib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Turken Salmanova (@turken.zm)

Müğənni hələ ki, leyblın bütün ifaçıları, o cümlədən azərbaycanlı həmkarları ilə tanış deyil. Ona əsasən Bahh Tee dəstək verir: məsləhətlər verir, təcrübələrini paylaşır, qüsurları göstərir və onları düzəltməyə kömək edir. Salmanovanın sözlərinə görə, Bahh Tee ilə duet kompozisiyaları onlarda spontan şəkildə yaranır.

Onun özü də mahnılar bəstələyir və duetlər üzərində isə ifaçılar birgə işləyirlər. Onların "Lyubi menya" ("Məni sev") və "Vıtri slyozı, dura" ("Göz yaşlarını sil, axmaq") kompozisiyaları dərhal Rusiya ictimaiyyəti arasında məşhurlaşıb. Türken Bah Tee ilə əməkdaşlığı davam etdirmək niyyətindədir və iyunun əvvəlində müğənnilər "Tvoyu mat" ("Sənin ananı") adlı yeni kompozisiyanı təqdim edəcəklər. İfaçının sözlərinə görə, mahnı çox şən və gülməlidir. Ona görə də qız əmindir ki, bu duet tamaşaçıların xoşuna gələcək.

"Mən rəqabət haqqında heç düşünməmişəm. Zhara Musiqi leyblının siyasəti belədir ki, biz rəqabət üçün deyil, insanların bizi dinləməsi üçün mahnılar bəstələyirik. Biz yalnız tamaşaçıları sevindirmək istəyirik", - deyə müğənni qeyd edib.

Duet layihəsinin bir hissəsi olduğu üçün o, hələlik solo mahnılarını yazdırmağı planlaşdırmır. Gələcəkdə Türken bir çox sənətçilərlə duet oxumaq istəyir, lakin hələlik onların adlarını açıqlamamaq qərarına gəlib.

Hal-hazırda bütün ifaçılar kimi, o da özünütəcrid şəraitində işləyir. Əsasən mahnı yazmaq üçün studiyaya gedir. O, həmçinin Xor Sənəti Akademiyasında təhsilini davam etdirir, fikirlərinin, şeirlərinin qeydlərindən ibarət gündəlik tutur. Son zamanlar müğənni həm də rəsm çəkməklə maraqlanır.

Əsas mövzular