CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəhrəmanlara həsr olunur: Emin Ağalarovun Qələbənin 75 illiyi üçün yeni layihəsi - VİDEO

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidНадпись "Победа" на окне в квартире
Надпись Победа на окне в квартире  - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın “Jara TV” telekanalı şou-biznes əhlinin iştirakı ilə Qələbə Gününə həsr olunmuş yeni layihə təqdim edib.

BAKI, 9 may — Sputnik, Kəmalə Əliyeva. Tanınmış rusiyalı ifaçılar, o cümlədən Azərbaycanın Xalq artisti Emin Ağalarov “Jara TV”nin Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş layihəsinə qatılıblar.

Sputnik Azərbaycan bildirir ki, Emin Ağalarovun rəyincə,  #героямпосвящается (#qəhrəmanlarahəsrolunur) layihəsi bütün dünyanı xilas etmiş insanların şücaətini yaddaşlarda həkk etmək üçündür.

“Təəssüf ki, bu il “Ölməz Alay” küçələrdə yürüş edə bilmədi, amma o, bizim ürəyimizdə, yaddaşımızdadır. Veteranları bu gün təbrik edin, həyatını itirmiş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad edin. Bu mahnını biz ön və arxa cəbhədə döyüşən hər kəsə həsr edirik. Gələbə Günümüz mübarək”, - Emin deyib.

Qələbə Günü nəsilləri birləşdirən bayram olduğuna görə layihədə də müxtəlif yaşlı, müxtəlif janr və stillərdə oxuyan müğənnilər iştirak ediblər. Müğənnilərdən Qriqori Leps, Dima Bilan, EMİN, Nikolay Baskov, Larisa Dolina, Stas Mixaylov, Brendon Stoun, Zara, Denis Klyaver, Olqa Buzova, Artik Asti, Sergey Jukov, Yulianna Karaulova, TSOY, JONY, Nazima, aktyorlardan isə Vladimir Maşkov, Sergey Burunov, Aleksandr Baluyev, Stas Dujnikov, Kamil Larin, Əzəmət Musaqaliyev və Sergey Nikonenko layihədə yer alıblar.

 

Xəbər lenti
0