Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rok-n-roll “atasız” qaldı

© pixabay / carolynaboothГроб
Гроб - Sputnik Azərbaycan
Abunə olmaq
1958-62-ci illərdə Litl Riçard xristianlığa maraq göstərdiyindən çıxışlarını dayandırıb. İkinci dəfə 1977-ci ildə musiqi ilə vidalaşıb və yenidən dinə qayıdıb

BAKI, 9 may — Sputnik. Rok-n-roll janrının banisi, Litl Riçard kimi tanınan Riçard Penniman dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rolling Stone xəbər yayıb.

​Musiqiçinin 87 yaşı vardı. Onun oğlu Denni Penniman atasının ölüm xəbərini təsdiqləyib, amma səbəbini hələ bilmədiklərini deyib.

Litl Riçard "Tutti Frutti" (1955), "Good Golly Miss Molly", "Lucille" mahnıları ilə tanınmışdı. O, rok-n-rollun Şərəf zalına daxil edilən ilk ifaçılardan olub (1986-cı ildə). Ömrü boyu onlarla sinql və albom yazdırıb.

1958-62-ci illərdə Litl Riçard xristianlığa maraq göstərdiyindən çıxışlarını dayandırıb. İkinci dəfə 1977-ci ildə musiqi ilə vidalaşıb və yenidən dinə qayıdıb. Məlumdur ki, o, Brüs Uillis və Demi Murun nikahını qıyıb.

 

Xəbər lenti
0