22:05 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
7411

Azərbaycanın məşhur ifaçıları duet kompoziyası yazdırmaq üçün SSRİ Xalq artistinin zəngin repertuarına müraciət ediblər

BAKI, 1 may - Sputnik, Kəmalə Əliyeva. Gənc, lakin kifayət qədər tanınmış müğənnilər Diana Hacıyeva Elnur Hüseynov SSRİ Xalq artisti Şövkət Ələkbərovanın repertuarından olan məşhur “Ağlaya-ağlaya” mahnısını qeyri-adi aranjimanda təqdim ediblər.

İfaçıları uzun illərdir ki, nəinki dostluq münasibətləri, həm də iş münasibətləri birləşdirir. Bu mahnı ilk dəfə onlar tərəfindən 2017-ci ildə, Bakının Yaşıl Teatrında Hacıyevanın solo konserti zamanı ifa edilib. İndi isə onlar müasir və ənənəvi ritmləri, motivləri birləşdirərək onu yeni formatda təqdim etmək qərarına gəliblər.

View this post on Instagram

A post shared by Dihaj (@dihajofficial) on

Həmin mahnıya sözləri vaxtilə Zeynal Cabbarzadə yazıb, musiqisini isə Tofiq Quliyev bəstələyib. Azərbaycanın Əməkdar artisti İsfar Sarabski və Diana Hacıyeva isə yeni aranjimanını hazırlayıblar. Onun lentə yazılmasında Əli Nəsib, İsfar Sarabski və Anar Abdullayev iştirak ediblər.

Müqayisə üçün Şövkət Ələkbərovanın ifasında səslənən kompozisiyanın orijinal versiyasını da  diqqətinizə təqdim edirik.

Diana Hacıyeva "Avroviziya-2017" müsabiqəsində iştirakdan sonra DiHaj qrupunu yaradıb və onun tərkibində çıxış edir. O, efirdə nadir hallarda görünür, çünki əsasən xaricdə təşkil olunan layihələrdə iştirak edir.

Elnur Hüseynov Azərbaycanı "Avroviziya" beynəlxalq musiqi müsabiqəsində iki dəfə təmsil etmiş yeganə müğənnidir. O, 2008-ci ildə həmkarı Samir Cavadzadə ilə birlikdə Azərbaycanı ilk dəfə olaraq sözügedən yarışda təmsil edib və 8-ci yeri tutub. Elnur müsabiqədə ikinci dəfə 2015-ci ildə iştirak edib və 12-ci yerdə qərarlaşıb. O, Türkiyənin məşhur "O səs Türkiyə" vokal yarışında qalib gələn yeganə azərbaycanlıdır. Hazırda solo karyerasını davam etdirən Elnur Türkiyədə yaşayır.

 

Əlaqədar

Azərbaycanlı müğənni Türkiyədə yemək paylayır - VİDEO
"Bakı-Moskva təyyarəsi" bir gürcü ilə bir azərbaycanlını birləşdirdi
Aygün Kazımova: "Ad günün mübarək, kral"
Emin "Jara-2020" festivalının taleyindən danışıb
Alman "Modern Talking" qrupunun fotoqrafı azərbaycanlı üçün fotosessiya edib

Əsas mövzular