CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Microsoft"da işləyən ilk azərbaycanlı Çində rep albomunu buraxıb

© Photo : Facebook / Фарид ДжафаровАзербайджанский музыкант, продюсер Фарид Джафаров, фото из архива
Азербайджанский музыкант, продюсер Фарид Джафаров, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Fərid Cəfərov müxtəlif ölkələrdən olan həmkarları ilə birlikdə iki albom yazdırıb və onlardan biri artıq hazırdır.

BAKI, 27 aprel – Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı musiqiçi, prodüser Fərid Cəfərov Çində ən yaxşı yerli reperlərin iştirakı ilə rep-albom buraxıb. Bu barədə Sputnik Azərbaycan-a sənətkar özü məlumat verib.

Çində karantin günlərində musiqiçi vaxtı hədər yerə itirməməyə qərar verib. O, "Dojo Shaolin & Friends" komandasının tərkibində, bütün Çindən 14 populyar reperin kollaborasiyası olan rep albomunu buraxıb.

Bundan başqa, mayın 8-də 2015-ci ildən mövcud olan "Joker's Belief" qrupunun yeni albomu işıq üzü görəcək. Qrupun tərkibinə müxtəlif millətlərdən olan musiqiçilər - İngiltərədən Semmi Boy, İrlandiyadan vokalçı Alan Kelli, Çindən basçı Fred Şi daxildir.

Alboma dörd yeni kompozisiya daxil edilib. Musiqiçi əmindir ki, çinli pərəstişkarlar bu albomun buraxılmasını səbirsizliklə gözləyirlər.

İfaçının sözlərinə görə, onun tezliklə həyata keçirmək niyyətində olduğu layihələr hələ çoxdur.

Qeyd edək ki, Fərid Cəfərov təkcə musiqiçi deyil, həm də "Microsoft"da işləyən ilk azərbaycanlıdır. O, artıq uzun illərdir ki, Çində yaşayır.

Xəbər lenti
0