Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Bakı-Moskva təyyarəsi" bir gürcü ilə bir azərbaycanlını birləşdirdi

Abunə olmaq
Azərbaycan və gürcü ifaçılar birlikdə bəstəkar Elçin İmanovun aviasiyaya aid məşhur hitini ifa ediblər.

BAKI, 24 aprel – Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq artisti Eyyub Yaqubov məşhur gürcü ifaçısı və bəstəkar Brendon Stounla "Bakı-Moskva təyyarəsi" adlı məşhur kompozisiyanı duetdə ifa ediblər.

İfaçıların əməkdaşlığı artıq dəfələrlə Stounun Bakıda konsertini təşkil edən Zaur Əliyevin sayəsində mümkün olub.

Zaur Əliyev Sputnik Azərbaycan-a bildirib ki, Xalq artistinin repertuarından olan bu mahnı Stounun ən sevdiyi mahnılardandır. Ona görə də, gürcü müğənni hər dəfə Bakı konsertlərində bu mahnını ifa edir. Bu dəfə populyar müğənnilər həmin kompozisiyanı birlikdə ifa etmək qərarına gəliblər.

Посмотреть эту публикацию в Instagram

Публикация от Brandon Stone / Брендон Стоун (@brandonstonemusic)

Qeyd edək ki, "Bakı-Moskva təyyarəsi" mahnısının müəllifi Elçin İmanovdur.

1980-ci ildə Tbilisidə anadan olan Brendon Stoun müğənni, bəstəkar, pianoçu və prodüserdir. O, müxtəlif janr və istiqamətlərdə olan 250-dək yaradıcılıq nümunəsinin müəllifidir. Müğənni əsasən Almaniyada yaşayır. O, postsovet məkanında Rusiyanın 1-ci telekanalında keçirilən "Qolos" (Səs) vokal yarışında iştirak edəndən sonra məşhurlaşıb.

Eyyub Yaqubov artıq çoxdandır Azərbaycanın musiqi səhnəsində öz yerini tutub. O, 1992-ci ildə şanson janrında mahnıların ifası ilə məşhurlaşıb.

Xəbər lenti
0