Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı müğənnilər #EVDƏQAL-ıb xalq mahnısını ekranlaşdırdılar

Abunə olmaq
Gənc müğənnilər təkcə Azərbaycan xalq mahnısı "Qal sənə qurban"ı yeni improvizədə təqdim etməyiblər, həm də qeyri-adi videokliplə "Evdə addımla" layihəsinə dəstək veriblər.

BAKI, 17 aprel – Sputnik, Kəmalə Əliyeva. Gənc azərbaycanlı ifaçılar Addım Gənclər Təşkilatının dəstəyi ilə ev şəraitində çəkilmiş birgə layihələrini təqdim ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, videoçarxı Addım Gənclər Təşkilatı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Evdə addımla" layihəsi çərçivəsində hazırlayıb. Layihənin məqsədi sosial izolyasiya günlərində gənclərin asudə vaxtının səmərəli təşkili və maarifləndirilməsidir.

Gənc müğənnilər – Şölə Səfərəliyeva, Nərmin Kərimbəyova, Fərid Həsənov, Fariz İlyasov, Ulkər Əliyeva, Tofiq Hacıyev, Sənan Əliyev və Aygün Mahmudova məşhur Azərbaycan xalq mahnısı “Qal sənə qurban”ın yeni versiyasını təqdim ediblər. Gənclər bu mahnının “Evdə qal sənə qurban” versiyasını ifa ediblər və koronavirus pandemiyası ilə əlaqədar karantin günlərində evdə klip çəkdiriblər.

Qeyd edək ki, Addım GT-nin rəsmi səhifəsində “Evdə addımla” layihəsi çərçivəsində ictimai xadimlər, məşqçilər, modelyerlər, müğənnilərin iştirakı ilə canlı yayımlar təşkil edilir. Onların hər biri gənclərlə öz təcrübəsini bölüşür, onları maraqlandıran suallara cavab verirlər.

 

 

Xəbər lenti
0