CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq artisti alverə köməkçisini göndərir: "Özüm kənarda dayanıram"

© Photo : Instagram / meleykeesedovaofficialXalq artisti Məleykə Əsədova
Xalq artisti Məleykə Əsədova - Sputnik Azərbaycan
Abunə olmaq
"Evdə köməkçim var, bircə marketə gedir. Onu da özüm aparıram, kənarda dayanıram, o, alış-veriş edir"

BAKI, 1 aprel — Sputnik. "Evdə qalıram, amma özümə baxıram. Saçımın qaynağın çıxardım, qulluq edirəm. Üzümə makiyaj etmirəm. İmanımdan da qalmıram".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Bizimləsən" verilişində deyib. Aktrisa efirə zəng edərək, koronavirus infeksiyasından qorunmağı haqda danışıb: "Evimə heç kimi buraxmıram. Qızım dərsləri onlayn alır. Evdə köməkçim var, bircə marketə gedir. Onu da özüm aparıram, kənarda dayanıram, o, alış-veriş edir. Vitaminli qidalar qəbul edirəm. Spirtim əlimdən düşmür. Qohumlarla ancaq görüntülü danışırıq".

Xəbər lenti
0