20:42 03 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
16910

Tamaşaların nümayişi canlı yayım vasitəsilə olunduğundan, əvvəlcədən təyin olunmuş saatda baş tutacaq

BAKI, 23 mart — Sputnik. Dünyada olduğu kimi Azərbaycanda da koronavirusla mübarizə tədbirlərinin gücləndirildiyi bir vaxtda tamaşaçılarının teatra olan marağını nəzərə alan ölkənin ilk inklüziv ƏSA Teatrı onlayn fəaliyyətə başlayaraq, #evdəbax kampaniyasına başlayıb.

Teatrın baş meneceri Nicat Qulamovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, ƏSA Teatrı repertuarındakı bütün tamaşalarını onlayn nümayiş etdirəcək: “Dövlətimizin və aidiyyatı qurumların insanlara evdən çıxmamaları barəsindəki tövsiyələrinə dəstək məqsədi ilə ölkənin ilk inklüziv teatrı olaraq ƏSA Teatrı qərara alıb ki, insanların öz evlərində daha çox vaxt keçirdiyi bir zamanda tamaşalarımıza baxmalarına şərait yaradaraq, asudə vaxtlarının səmərəli keçməsində iştirak etsin. Buna görə də #evdəbax kampaniyasına başlayaraq, aprel ayının sonunadək facebook sosial şəbəkəsinin canlı yayımı vasitəsilə ƏSA Teatrının səhifəsində repertuarımıza daxil olan “Adamlar və siçanlar”, “Paris partladı”, “Göy quş”, “Nəsimi: Sirri-ənəlhəq” və “And” tamaşalarını martın 24-dən etibarən nümayiş etdirəcəyik.

İnanırıq ki, insanların kütləvi istifadə etdikləri Facebook sosial şəbəkəsində ƏSA Teatrının rəsmi səhifəsinə daxil olmaqla, inklüziv teatrın anşlaqla qarşılanan tamaşalarına baxmaq hamı üçün maraqlı olacaq. Evdə qalaraq özünüzü və ətrafınızı qoruya bilər, həmçinin boş vaxtlarınızı səmərəli şəkildə istifadə edə bilərsiniz".

Baş menecerin bildirdiyinə görə, tamaşaçılar ƏSA Teatrının tamaşa nümayişlərinin təqvim planı ilə teatrın rəsmi Facebook səhifəsində tanış ola bilərlər. Tamaşaların nümayişi canlı yayım vasitəsilə olunduğundan, əvvəlcədən təyin olunmuş saatda baş tutacaq. ƏSA Teatrı digər teatrları və kütləvi tamaşaçı auditoriyası olan bütün sənət nümunələrini nümayiş etdirən yaradıcı şəxsləri də bu təşəbbüsə qoşulmağa dəvət edib. Bununla bağlı ƏSA Teatrı tərəfindən #evdəbax həştəqi yaradılıb. 

Əlaqədar

Məşhur opera pulsuz oldu
Azərbaycanda sosial izolyasiya başlanır: toy, yas və digər tədbirlər qadağandır
Sosial izolyasiya şəraitində - Bakı küçələrindən reportaj
“Mən də hamı kimi...” – Fiziki məhdudiyyətli və adi aktyorlar səhnəni necə paylaşır

Əsas mövzular