Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Avropanın ən məşhur kinofestivalı təxirə salındı

© REUTERS / Eric GaillardЦеремония открытия 70-го Каннского фестиваля
Церемония открытия 70-го Каннского фестиваля  - Sputnik Azərbaycan
Abunə olmaq
Təşkilatçıların yaydığı bəyanatda deyilir ki, hazırda kinofestivalın iyunun sonu - iyulun əvvəlində keçirilməsi müzakirə olunur

BAKI, 20 mart – Sputnik. Cari ilin 12 may - 23 may tarixlərində keçirilməsi nəzərdə tutulan Kann kinofestivalı Fransada yayılan koronavirus pandemiyasına görə təxirə salınıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə təşkilatçıların yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, hazırda kinofestivalın iyunun sonu - iyulun əvvəlində keçirilməsi müzakirə olunur.

“Fransada və dünyadakı səhiyyə sahəsində vəziyyətin inkişafı bizə real durumu qiymətləndirməyə imkan verdikdən sonra qərarımızı bildirəcəyik. Qlobal səhiyyə böhranının bu dövründə, COVID-19 qurbanları haqqında düşünürük və bu xəstəliklə mübarizə aparan hər kəslə həmrəyik”- deyə təşkilatçıların məlumatında bildirilir.

Xəbər lenti
0