Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı cazmenin Avstriyadakı konserti uğurla keçib

© Photo : Sitara IbahimovaИсфар Сарабский, фото из архива
Исфар Сарабский, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur azərbaycanlı musiqiçi avstiyalı dinləyicilərə Vaqif Mustafazadə, Bax və Çaykovskinin orijinal caz musiqilərini, həmçinin öz yaradıcılıq nümunələrini təqdim edib.

BAKI, 11 mart — Sputnik. Azərbaycanın əməkdar artisti, pianoçu və bəstəkar İsfar Sarabskinin öz musiqi qrupu ilə birlikdə Avstriyanın Baden şəhərində konsert verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət Nazirliyinin saytı yayıb.

Məlumata görə, Azərbaycan Mədəniyyət Mərkəzi və Baden Şəhər Bələdiyyəsinin birgə təşkil etdiyi konsert Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin 80 illiyinə həsr olunub.

Konsertdən öncə Baden Şəhər Bələdiyyəsinin üzvü Ernst Şebesta Azərbaycan Mədəniyyət Mərkəzi ilə artıq ənənə halını alan mədəni əməkdaşlıq qurulduğunu və Badendə indiyədək müxtəlif səpkidə birgə tədbirlərin keçirildiyini bildirib. O, görkəmli Azərbaycan bəstəkarı və cazmen V. Mustafazadənin yubileyinin Baden şəhərində baş tutmasından məmnunluğunu ifadə edib.

Konsert çərçivəsində İsfar Sarabskinin rəhbərlik etdiyi caz kvarteti V. Mustafazdə, Y. S. Bax, P. İ. Çaykovski və digər bəstəkarların əsərlərini özünəməxsus caz üslubunda təqdim edib. İsfar Sarabskinin bəstələdiyi "Planet", "Qarabağ atları", "Vaqifə ithafən popurri" və digər əsərləri, eləcə də tar musiqi alətinin ifasında etno-caz üslubundakı kompozisiyalar böyük maraqla qarşılanıb.

İsfar Aydın oğlu Rzayev-Sarabski 2009-cu ildə İsveçdə keçirilən 43-cü Montrö Caz Festivalının qalibi, Azərbaycan Respublikasının əməkdar artisti (2010), "Zirvə" Dövlət Mükafatı laureatıdır(2010).

2 noyabr 1989-cu ildə Bakıda anadan olub. Məşhur Azərbaycan opera müğənnisi, aktyor, Şərq opera sənətinin əsasını qoyanlardan biri olan Hüseynqulu Sarabskinin nəticəsidir. Bülbül adına orta ixtisas musiqi məktəbini, Bakı Musiqi Akademiyasını bitirib, hazırda Berklee Music Colledge-də təhsilini davam etdirir. O, dünyanın "Royal Albert Hall", "Queen Elizabeth Hall", "Miles Davis Hall", Jazz Club Vibrato, Jazz Club "Zinko", "The Konzerthaus", Jazz Club "Asphalt", Jazz Club "Duc des Lombards", Jazz Club "Porgy & Bess", Jazz Club "Bird"s Eye" ,"Teatre Apollo" kimi ən nüfuzlu konsert salonlarında çıxış edib.

İsfar Sarabski İsveçrə, Norveç, Fransa, Rusiya, Gürcüstanda keçirilən festivallara qatılıb, eləcə də "Henkokun dostları" UNESCO-da "Jazz Day"-də iştirak edib. 2012-2013-cü illərdə Amerikanın caz musiqisi fondu tərəfindən Nyu-Yorkda keçirilən qala konsertə dəvət olunub.

O, 2011-ci ildə moskvalı Aleksandr Maşin (zərb alətləri) və Makar Novikov (kontrabass) ilə bərabər "İsfar Sarabskinin triosu"nu yaradıb. İsfar Sarabskinin triosu Amerikanın və Avropanın bir çox festivallarında və konsertlərində iştirak edib. İsfar Sarabski həm də Royal Philharmonic Concert Orchestra ( Kral Filarmonik konsert orkestri ), Oleq Lundstremin orkestri ilə bərabər – İgor Butman, Ben Williams, Mark Guiliana, Alan Hampton, Pat Senatore, Greg Swiller, Erik Klass, Christian Veber, Samuel Rohrer, Malcolm Creese, James Maddren kimi musiqiçilərlə də birgə çıxış edib.

İsfar Sarabski "Novruz", "G-Man", "Generation", "Edge", "Deja Vu", "Grustniy Vecher", "Last Chance", "Preludiya", "Agent", "Revival", "Eastern Market", "Now I"m Here", "In Transit to New York", "Buta", "Lullaby", "Limping Stranger", "Cobra Dance", "In Memory of V. Mustafazade" əsərlərinin müəllifidir.

Sarabski 2019-cu ildə ABŞ səsyazma leyblı olan Warner Music Groupla müqavilə imzalayıb.

Xəbər lenti
0