Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Hollivudda ilk çəkilən filmin yubileyidir

© AP Photo / Lefteris PitarakisСьемка, фото из архива
Сьемка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qarlı Nyu-Yorkdan sonra günəşli Koliforniyaya valeh olan Qriffit studiyanın Manhettendən Hollivuda köçürülməsinə kino şirkətini inandıra bilir...

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 10 mart — Sputnik. Bu gün Hollivud dünyanın əsas kinofabriki hesab olunur. İl ərzində burada yüzlərlə tammetrajlı filmlər lentə alınır. Bəlkə də bəziləri hələ də bilmir ki, 110 il öncə bura Los-Ancelesin şimalında yerləşən kiçik bir kənd olub. Düz 110 il öncə istehsal olunan 17 dəqiqəlik kiçik film kəndin bütün həyatını dəyişib...

Модель во время презентации коллекции Kotwara на Неделе моды Lakme 2020 Summer/Resort fashion show в Мумбаи  - Sputnik Azərbaycan
FOTO
Hind gözəlliyi: Mumbay moda həftəsində parlaq sarilər və kino ulduzları

"Köhnə Kaliforniyada" filminin rejissoru Devid Uork Qriffitin maraqlı tarixçəsi var. Gənclik illərində qəzet redaktoru, kitabxanaçı, yanğınsöndürən, aktyor kimi fəaliyyət göstərib. Kentukkidən Nyu-Yorka köçən Qriffit "Bayoqraf" və "Edison" kinstudiyaları tərkibində müxtəlif rollar oynayır, həmçinin senarilər yazır. Onun ilk filmi 1908-ci ildə lentə alınan "Dollinin macəraları"filmi olur. İlk qazancı 20 dollar ayaqqabısının təmirinə güclə çatır.

1910-cu ildə Los-Ancelesə üz tutan kinematoqrof Hollivudun ilk filmi "Köhnə Kaliforniyada" adlı senarini ekranlaşdırır. Tarixin bu günündə istehsal olunan 17 dəqiqəlik film sevgi hekayəsindən bəhs edir. Filmdə rol alan aktyorlar Hollivudda kinostudiyanın olmaması səbəbi ilə Los-Ancelesdə qrimlənən aktyorlar piyada çəkiliş meydançasına gedirmişlər. Qarlı Nyu-Yorkdan sonra günəşli Kaliforniyaya valeh olan Qriffit studiyanın Manhettendən Hollivuda köçürülməsinə kino şirkətini inandıra bilir...

Съемки фильма, фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı kinorejissorlar təngə gəlib birləşdilər

Amerika kinematoqrafiyasında səssiz film dövrünün başa çatdığı 1920-ci illərin sonundan 1960-cı illərin əvvəllərinə qədər davam etmiş Hollivudun Qızıl dövrü ərzində studiyalarda minlərlə film çəkildi. 1927-ci ildə "Caz ifaçısı" (The Jazz Singer) filminin çəkilməsi Qızıl dövrün başlanğıcı oldu.

Məhz bu illər ərzində Hollivudda ("Metro-Goldwyn-Mayer", "20th Century Fox", "Paramount Pictures", "Warner Brothers", "Columbia Pictures") olan kino şirkətlərinin istehsal etdiyi filmlər bütün dünya kinematoqrafiyasına əsaslı şəkildə təsir etməyə başladı...

Maraqlı bir fakt. Hollivud tarixində büdcəsindən daha çox gəlir gətirən film "Paranormal hadisələr"dir. 15 min dollar qarşılığında filmin gəliri nə az nə çox düz 193 milyon olub.Başqa sözlə 13 min dəfə çox.

Qeyd edək ki, bu gün hamımızı ekrana kilidləyən Hollivud kinematoqrafiyası 110 illiyini qeyd edir.

Xəbər lenti
0