Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanın seçilmiş qadınları "Harmoniya"da

© AR Ministry of CultureSərgi
Sərgi - Sputnik Azərbaycan
Abunə olmaq
Sərginin ekspozisiyasında müxtəlif üslub və texnikalarda işlənmiş rəngkarlıq, heykəltəraşlıq və bədii fotoqrafiya nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlər də nümayiş olunur.

BAKI, 6 mart — Sputnik. Bakıda rəssam və fotoqrafların "Harmoniya" adlı qrup sərgisi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, Akademik Opera və Balet Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə rəssam və fotoqrafların "Harmoniya" adlı qrup sərgisi açılıb.

8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan sərgidə 30-a yaxın rəssam, heykəltaraş və fotoqrafın 50-dən çox əsəri sərgilənib. Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qabil Qasımov Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Bildirib ki, Mədəniyyət Nazirliyi, eləcə də Azərbaycan Dövlət Rəsm Qalereyası hər zaman Beynəlxalq Qadınlar Günü ərəfəsində xanımları təbrik etmək üçün belə sərgilər təşkil edir: "Bu sərgi qadınlara, onların gözəlliyinə həsr olunub. Təsviri sənətdə rəssamlar hər zaman qadın obrazına müraciət ediblər. Azərbaycan qadını müasir cəmiyyətimizdə çox böyük yer tutur".

© AR Ministry of Culture
Sərgi - Sputnik Azərbaycan
1/4
© AR Ministry of Culture
Sərgi - Sputnik Azərbaycan
2/4
© AR Ministry of Culture
Sərgi - Sputnik Azərbaycan
3/4
© AR Ministry of Culture
Sərgi - Sputnik Azərbaycan
4/4
1/4
2/4
3/4
4/4

Qalereyanın direktoru deyib ki, bu sərgi təsviri sənətin müxtəlif sahələri ilə yanaşı, bədii fotoqrafiya sənətinə olan marağı artırmaq, cəmiyyətdə qadının yeri və roluna diqqət çəkmək məqsədilə həyata keçirilir. Sərginin ekspozisiyasında müxtəlif üslub və texnikalarda işlənmiş rəngkarlıq, heykəltəraşlıq və bədii fotoqrafiya nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlər də nümayiş olunur. Sərgidə əsərləri nümayiş olunan gənc rəssamlara uğurlar arzulayan Qabil Qasımov onların Azərbaycan rəssamlıq sənətində öz sözlərini deyəcəklərinə inamını ifadə edib.

Tədbirdə çıxış edən Xalq rəssamı Arif Hüseynov və Azərbaycan Dövlət Rəsm Qalereyasının baş elmi işçisi Vaqif Muğanlı sərgidə əsərləri nümayiş olunan müəlliflərə uğurlar arzulayıblar.

Qeyd edək ki, sərgidə həmçinin "Parlaq" Yaradıcı Gənclər İctimai Birliyinin üzvləri musiqi nümunələri ilə çıxış ediblər.

Xəbər lenti
0