CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Cehizsiz qız"ı Gözəlovaya tapşırdılar

© Sputnik / Vladimir VyatkinНевеста, фото из архива
Невеста, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Ostrovskinin bu əsəri maraqlı quruluşu ilə nəinki Akademik Musiqili Teatrın tarixində, eləcə də ölkəmizin teatr məkanında bir yenilik olacaq" - Əliqismət Lalayev

BAKI, 4 mart — Sputnik. Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bu dəfə rus yazıçısı Aleksandr Nikolayeviç Ostrovskinin "Cehizsiz qız" pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, teatrın rus bölməsində hazırlanan əsərin quruluşçu rejissoru Prezident mükafatçısı, Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

© Photo : Azerbaijan State Academic Musical TheatreAzərbaycan Dövlət Akademik Musiqili Teatrında Aleksandr Nikolayeviç Ostrovskinin "Cehizsiz qız" pyesi əsasında eyniadlı tamaşasına hazırlıq
Cehizsiz qızı Gözəlovaya tapşırdılar - Sputnik Azərbaycan
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Aleksandr Nikolayeviç Ostrovskinin "Cehizsiz qız" pyesi əsasında eyniadlı tamaşasına hazırlıq

"Ostrovskinin bu əsəri maraqlı quruluşu ilə nəinki Akademik Musiqili Teatrın tarixində, eləcə də ölkəmizin teatr məkanında bir yenilik olacaq. Tam fərqli rakursda, gözlənilməz nüanslarla zəngin tamaşada caz musiqilərindən geniş istifadə olunacaq. İradə xanım əvvəllər də bizim teatrda Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?", SSRİ xalq artisti Fikrət Əmirovun musiqiləri və "1001 gecə" nağıllarının motivləri əsasında "999-cu gecə" və İlyas Əfəndiyevin "Mənim günahım" (SSRİ xalq artisti Q.Qarayevin musiqiləri əsasında) əsərlərinə quruluş verib. Onun ölkəmizin hüdudlarından kənarda, məşhur teatrlarda da tamaşaya qoyduğu əsərlərin xoş əks-sədası bizi çox sevindirir. Ümidvaram ki, İradə xanımın Akademik Musiqili Teatrda hazırladığı yeni səhnə əsəri də rəğbətlə qarşılanacaq", – deyə Ə.Lalayev tamaşa haqqında fikirlərini bölüşüb.

© Photo : Azerbaijan State Academic Musical TheatreAzərbaycan Dövlət Akademik Musiqili Teatrında Aleksandr Nikolayeviç Ostrovskinin "Cehizsiz qız" pyesi əsasında eyniadlı tamaşasına hazırlıq
Cehizsiz qızı Gözəlovaya tapşırdılar - Sputnik Azərbaycan
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Aleksandr Nikolayeviç Ostrovskinin "Cehizsiz qız" pyesi əsasında eyniadlı tamaşasına hazırlıq

Qeyd edək ki, musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, musiqi tərtibatçısı Nərminə İsmayılova, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, xormeysteri Əməkdar artisti Vaqif Məstanov, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Tamilla Aslanova olan bu tamaşada rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Nərgiz Kərimova, Şövqi Hüseynov, Naidə Orucova, Almaz Ələsgərova, aktyorlar – Rauf Babayev, Emil Heydərov, Əliməmməd Novruzov, Nadejda Povelitsına və başqaları ifa edəcəklər.

Xəbər lenti
0