Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Moskvalı rəqqas azərbaycanlı yetim uşaqları sehirli dünya ilə tanış edir

© © Courtesy of Farid KazakovФарид Казаков представил новый благотворительный проект "Детям Азербайджана"
Фарид Казаков представил новый благотворительный проект Детям Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Kazakov təəssüf edir ki, xeyriyyə məqsədi daşıdığı üçün bir çox həmkarları və müğənnilər sonradan layihədə iştirakdan imtina ediblər.

BAKI, 29 fevral — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı rəqqas Fərid Kazakov yeni "Azərbaycan uşaqları" xeyriyyə layihəsini təqdim edib. Layihə kimsəsiz və əlil uşaqların yaradıcılıq tərbiyəsinə və inkişafına yönəlib.

Kazakov uşaqları rəqs dünyası ilə tanış etmək qərarına gəlib - bu, layihənin yaradılmasında əsas məqsəd olub.

Layihənin özəlliyi ondan ibarətdir ki, rəqqas gənc tamaşaçılara bütöv bir yaradıcılıq proqramı təqdim edir: uşaqlarla yaradıcılıq görüşləri zamanı onlara klassik, müasir rəqslərdən və gimnastika nömrələrindən ibarət çoxjanrlı konsert proqramı nümayiş olunur. Tamaşadan sonra rəqqas uşaqları maraqlandıran suallara cavab verir və avtoqraf sessiyası keçirir.

"Bakıya hazırkı səfərim zamanı Dərs Evi Təhsil Mərkəzi, Yaradan yaradıcılıq birliyi kimi bir neçə təşkilatda "Azərbaycan uşaqları" layihəsini həyata keçirdim. Sonuncu təşkilat xeyriyyəçilik edir: onun rəhbərləri hər həftəsonu uşaq evlərindən və sığınacaqlardan olan uşaqları toplayır. Kristal Zalda (Crystal Hall) əlilliyi olan insanlar üçün psixoloji təlimlər keçirir, onlarla məşğul olur və Azərbaycanın görkəmli şəxsləri ilə müxtəlif tədbirlər və yaradıcı görüşlər təşkil edir. Mən də Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinə baş çəkdim", - deyə Kazakov bildirib.
© © Courtesy of Farid Kazakov
 Azərbaycanlı rəqqas Fərid Kazakov yeni Azərbaycan uşaqları xeyriyyə layihəsini təqdim edib - Sputnik Azərbaycan
1/3
Azərbaycanlı rəqqas Fərid Kazakov yeni "Azərbaycan uşaqları" xeyriyyə layihəsini təqdim edib
© © Courtesy of Farid Kazakov
 Azərbaycanlı rəqqas Fərid Kazakov yeni Azərbaycan uşaqları xeyriyyə layihəsini təqdim edib - Sputnik Azərbaycan
2/3

3/3

Rəqqasın sözlərinə görə, hər bir görüş, qəlbində çox isti hisslər buraxıb. Bu da ona yeni nailiyyətlər üçün güc verib. Kazakov deyir ki, heç vaxt uşaqlara sərf etdiyi vaxta və enerjiyə görə peşman olmayıb.

Xatırladaq ki, rəqqas əvvəllər "Özünü Yarat" xeyriyyə layihəsi həyata keçirib. Həmkarlarını, ifaçıları onunla birlikdə uşaq evlərinə, əlillər evlərinə getməyə dəvət edib. Kazakov təəssüf edir ki, xeyriyyə məqsədi daşıdığı üçün bir çox həmkarları və müğənnilər sonradan layihədə iştirakdan imtina ediblər.

"O zaman bu, mənim üçün böyük bir zərbə oldu, çünki bu insanların daha ali və mənəvi niyyətlərlə idarə olunduğuna inanırdım, amma səhv etmişdim. Ona görə də hər şeyi öz əlimə almağı qərara aldım, tələbələrimi bu layihəyə cəlb etdim və sükanı öz əlimə götürdüm. Bəli, asan deyildi. İndi də bəzən çətin olur, amma məni həmişə bu uşaqlara sənət, sevinc bəxş etmək üçün inanılmaz bir istək idarə edib və idarə edir. Allah mənə güc və sağlamlıq bəxş etdiyi müddətdə uşaqları layihələrimə dəvət edərək öz yaradıcılığımla sevindirəcəm", - deyə Kazakov əlavə edib.

May ayında rəqqas Azərbaycanda ilk xoreoqrafik monotamaşasını uşaqlara təqdim etmək niyyətindədir. O, həmçinin mart ayında Moskvada gimnastika və rəqs festivalı keçirməyə hazırlaşır.

Fərid Kazakov Bakı Xoreoqrafiya Akademiyasının məzunu, dəfələrlə beynəlxalq və Ümumrusiya müsabiqələrinin qalibi, "Rusiyada İtaliya gecələri" beynəlxalq festival-müsabiqənin baş mükafatçısı, dəfələrlə Azərbaycan, Rusiya və Gürcüstan çempionudur. O, həmçinin "Zabradance" gimnastika və rəqs məktəbinin baş məşqçisidir. Hazırda Moskvada yaşayır və çalışır.

Xəbər lenti
0