CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakılılara sevgilisi tərəfindən aldanmış bir qadının hekayəsini danışacaqdır

© Photo : Facebook / Турккан Рауля АйлинСпектакль «Небесная, или Четыре часа из её жизни», фото из архива
Спектакль «Небесная, или Четыре часа из её жизни», фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rus Dram Teatrının tamaşaçılarına baş rolu aktrisa Milana Sokolenkonun oynadığı Raul Türkkanın tamaşası təqdim ediləcək.

BAKI, 29 fevral — Sputnik. Martın 12-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kamera səhnəsində Aleksey Şipanovun "Səmavi və ya onun həyatından dörd saat" pyesi əsasında səhnəyə qoyulmuş bədbəxt sevgi haqqında tamaşanın premyerası olacaq. Bu barədə Sputnik Azərbaycan-a teatrın mətbuat xidməti məlumat verib.

Tamaşanın quruluşçu rejissoru - Raul Türkkan, dekorasiya rəssamı - Azərbaycanın əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim tərtibatçısı - Azərbaycanın əməkdar mədəniyyət işçisi Olqa Abbasova, işıq mühəndisi - Kərim Əsgərovdur. Tamaşada baş rolu aktrisa Milana Sokolenko oynayır.

© Azerbaijan State Russian Drama Theatre"Səmavi və ya onun həyatından dörd saat" tamaşasının afişası
Bakılılara sevgilisi tərəfindən aldanmış bir qadının hekayəsini danışacaqdır - Sputnik Azərbaycan
"Səmavi və ya onun həyatından dörd saat" tamaşasının afişası

Tamaşa bir hərəkətdə səhnə-monoloq janrında qurulub. Adi insan həyatında dörd saatda nə etmək olar? Marina bu müddət ərzində çox şey bacarır. O, sevgilisi tərəfindən aldadılan bir qadının hisslərini izləyiciləri ilə bölüşəcək.

Biletləri teatrın kassasından, şəhərdəki mərkəzləşdirilmiş kassalardan, həmçinin iTicket.Az saytından onlayn əldə etmək olar.

Sputnik Azərbaycan tamaşanın informasiya tərəfdaşıdır.

Xəbər lenti
0