CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyaca ünlü azərbaycanlı populyarlaşana qədər necə yaşadığını göstərdi - VİDEO

© Photo : Instagram / freeladdermanАзербайджанский циркач Узеир Новрузов, фото из архива
Азербайджанский циркач Узеир Новрузов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-da yaşayan azərbaycanlı sirk ustası Üzeyir Novruzov "Instagram" izləyicilərinə şəxsi arxivindən Moskvada tələbəlik illərində çəkilmiş videoçarxı təqdim edib

BAKI, 29 fevral — Sputnik, Kəmalə Əliyeva. ABŞ-da yaşayan və bütün dünyada şöhrət qazanan azərbaycanlı sirk ustası Üzeyir Novruzov tələbəlik illərində Moskvada dolanmaq üçün pulu necə qazandığı barədə sosial şəbəkə izləyicilərinə məlumat verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Üzeyir "Instagram" sosial şəbəkəsindəki səhifəsində şəxsi arxivindən çarx paylaşıb. O, bununla bu günlərə gəlib çatmaq üçün nə qədər əmək sərf elədiyini göstərmək istəyib.

"Tələbəlik illərində Moskvada ticarət mərkəzində çıxış edərək pul qazanırdım. Bu, 1997-ci ildə olub", - Novruzov yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Uzeyer Novruzov (@freeladderman)

Üzeyir Novruzov Gəncədə anadan olub, lakin Rusiyada böyüyüb. Sonra yaşamaq üçün ABŞ-a köçüb. O, sirkdə əfsanəvi Çarli Çaplinin obrazını yaradır və onları tez-tez müqayisə edirlər. Novruzov Çində altı metrlik nərdivana dırmaşmaq və onun üzərində 8 dəqiqə dayanmaq üzrə dünya rekordunu vurub. Bu nömrəyə görə onun adı Ginnesin Rekordlar Kitabına düşüb.

Hazırda sirk ustası ailəsi ilə birlikdə Amerikada yaşayır. O, müxtəlif sirk tamaşalarında çıxış edir və dəvət olunduğu istedad şoularına qatılır. Üzeyir "America's Got Talent" şousuna qatılandan sonra xüsusilə şöhrət qazanıb. ABŞ-ın məşhur "The Washington Post" qəzeti Novruzova məqalə həsr edib və onu qorxusuz azərbaycanlı adlandırıb.

Xəbər lenti
0