Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Avroviziya-2020"də Azərbaycanı təmsil edəcək ifaçının adı açıqlandı

© Photo : Facebook / efendisamiraФиналистка проекта "Голос. Азербайджан" Самира Эфенди
Финалистка проекта Голос. Азербайджан Самира Эфенди - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkəmizi mötəbər yarışda təmsil edəcək ifaçının seçilməsi üçün 5 namizədin iştirak etdiyi qapalı kastinq keçirilib.

BAKI, 28 fevral — Sputnik, Kəmalə Əliyeva. "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin populyar bloqlarından biri olan "Wiwibloggs" bildirib ki, bu il Azərbaycanı layihədə müğənni Samirə Əfəndi təmsil edə bilər.

Победители Евровидения-2011 Нигяр Джамал и Эльдар Гасымов, фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Avroviziya"nın azərbaycanlı qalibləri Niderlanda dəvət alıblar

Bloq müəlliflərinin verdiyi məlumata görə, o, İctimai Televiziya (İTV) tərəfindən aparılan milli kastinqlər zamanı seçilib. Əfəndinin ifa edəcəyi trekin müəllifləri isə hollandlar Koni Kornelissen və Luuk Van Birsdir. Mahnının yazılmasında azərbaycanlı musiqiçi Kənan Tərlanoğlu da iştirak edib. O, 2019-cu ildə "Avroviziya"da Azərbaycanı təmsil edən Çingiz Mustafayevin "Truth" mahnısının yazılması zamanı udda ifa edib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti də öz növbəsində "Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adını açıqlayıb. Telekanaldan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu il Azərbaycanı Rotterdamda (Niderland) Samirə Əfəndi təmsil edəcək.

Ölkəmizi təmsil edəcək ifaçının seçilməsi üçün 5 namizədin iştirak etdiyi qapalı kastinq keçirilib. Onların arasında Samirə Əfəndi, Ləman Dadaşova, Elvin Novruzov, Cəbrayıl Rəsulov və Riyad Abdulov iştirak ediblər.

Təmsilçi musiqi prodüserlərinin, müəllif və bəstəkarların, jurnalistlərin, televiziya nümayəndələrinin və s. daxil olduğu Beynəlxalq Musiqi ekspertləri qrupunun səsverməsi əsasında müəyyən edilib.

Daha öncədən də "Avroviziya" müsabiqəsinin seçim mərhələsində iştirak edən Samira Əfəndi "Yeni ulduz", "Böyük Səhnə" (3-cü yer) və "Səs Azərbaycan" (3-cü yer) kimi məşhur musiqi layihələrində iştirak edərək güclü vokal səsi ilə yaddaşlarda qalıb. O, 2017-ci ildə Almatıda "Silk Way Star" (3-cü yer) Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə Qazaxıstan Respublikasında keçirilən "Voice of Nur-Sultan" Beynəlxalq festivalına qatılıb. Samirə həmçinin tərkibinə tanınmış caz ifaçıları Ruslan Hüseynov, Etibar Əsədli və Elvin Bəşirovun daxil olduğu "Baku Project" adlı yaradıcılıq layihəsinin iştirakçısıdır. Samirə onlarla birlikdə müxtəlif ölkələrdə konsert proqramları ilə çıxış edib.

Xatırladaq ki, 16 sentyabr 2019-cu il tarixində Azərbaycanın "Avroviziya-2020" Mahnı Müsabiqəsində iştirakı rəsmən təsdiqlənib. Layihədə 41 ölkənin təmsilçisi iştirak edəcək.

Представители Азербайджана на международном песенном конкурсе «Евровидение-2008» Самир Джавадзаде и Эльнур Гусейнов  - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Avroviziya təmsilçiləri" Bakı toyunda bir araya gəldilər - VİDEO

Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı "Open up!" ("Açıl!") olan "Avroviziya -2020" mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 12 və 14-də, final mərhələsi isə mayın 16-da "Ahoy Arena"da reallaşacaq. Azərbaycan təmsilçisi mayın 12-də Rotterdamda keçiriləcək "Avroviziya-2020" müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək. Birinci yarımfinalda ölkəmizlə birlikdə Şimali Makedoniya, Belarus, Litva, İsveç, Sloveniya, Avstraliya, İrlandiya, Rusiya, Norveç, Kipr, Xorvatiya, Malta, İsrail, Ukrayna, Rumıniya və Belçika təmsilçiləri səhnədə yer alacaqlar.

Mayın 14-də keçiriləcək ikinci yarımfinalin birinci hissəsində Avstriya, Moldova, Polşa, San-Marino, Serbiya, İslandiya, Çexiya, Yunanıstan, Estoniya, ikinci hissəsində isə Danimarka, Bolqarıstan, İsveçrə, Finlandiya, Ermənistan, Latviya, Gürcüstan, Portuqaliya və Albaniyadan olan iştirakçılar çıxış edəcəklər.

Xəbər lenti
0