Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ukrayna və Azərbaycan müğənniləri Bakıda qeyri-adi sevgi hekayəsini təqdim edəcəklər

© Sputnik / Ilham MustafayevСцена театра, фото из архива
Сцена театра, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ukrayna və Azərbaycanın opera ustalarının birgə iştirakı ilə Coakkino Rossininin "Sevilya bərbəri" komik operasının tamaşası keçiriləcək.

BAKI, 24 fevral — Sputnik. Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ukrayna və Azərbaycanın opera ustalarının birgə iştirakı ilə Coakkino Rossininin "Sevilya bərbəri" komik operasının tamaşası keçiriləcək.

Teatrın Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tamaşada Almaviva rolunu ifa etmək üçün Lvov Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Şulyak dəvət edilib. Fiqaronun partiyasını isə Odessa Milli Akademik Opera və Balet Teatrının solisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Boqdan Pançenko ifa edəcək.

Ukraynalı opera sənətkarları ilə yanaşı, tamaşada həmçinin Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri - respublikanın Əməkdar artistləri İnarə Babayeva (Rozina), Tural Ağasıyev (Fiorello), Xalq artistləri Əli Əsgərov (Don Bazilio), Əkrəm Poladov (doktor Bartolo), gənc solistlər Nina Makarova (Berta) və Mahir Tağızadə (Zabit) çıxış edəcəklər.

Tamaşanı Teatrın baş dirijoru, Əməkdar artist, Dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

Operanın süjetinə görə, qraf Almaviva səmimi olaraq doktor Bartolo tərəfindən izlənilən və onunla evlənmək istəyən Rozinanın sevgisini əldə etmək istəyir. Qraf təsadüfən köhnə tanışı Figaroya rast gəlir və onunla birlikdə sevgilisini azad etmək planı qurur. Almaviva sərxoş məmur, Fiqaro isə bərbər kimi davranır. Nəhayət, Rozinanı azad etməyi bacarırlar və qraf sevdiyi qızla evlənir.

Xəbər lenti
0