08:22 06 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
9720

Təşkilatçılar iyulun 29-dan avqustun 2-dək "Sea Breeze" turizm kompleksində keçiriləcək festivalın beynəlmiləl gününə məşhur türkiyəli ifaçıların adlarını da daxil ediblər.

BAKI, 22 fevral — Sputnik. İyulun 29-dan avqustun 2-dək "Sea Breeze" turizm kompleksində keçiriləcək Bakı Beynəlxalq "Jara-2020" Musiqi Festivalında ilk dəfə Türkiyənin tanınmış ifaçıları çıxış edəcəklər. Bu barədə Sputnik Azərbaycan-a layihənin mətbuat xidmətindən məlumat verilib.

Müğənnilər avqustun 1-də, festivalın beynəlmiləl günündə Bakı səhnəsində çıxış edəcəklər. Mustafa Sandal, Rafet El Roman, Mustafa Ceceli, Serdar Ortaç və "Manqa" qrupu kimi ifaçıların çıxışı planlaşdırılır.

Layihə iştirakçılarının siyahısı hələ genişlənəcək. Təşkilatçılar müxtəlif ölkələrdən ifaçıları festivala dəvət etmək niyyətindədirlər.

"Jara-2020" festivalı 2020-ci ildə iyulun 29-dan avqustun 2-dək "Sea Breeze" turizm kompleksində keçiriləcək. Layihənin açılışı günü, iyulun 29-da Azərbaycanın, Rusiyanın və digər ölkələrin ən məşhur artistlərinin iştirakı ilə qala-konsert keçiriləcək. İyulun 30-da Dmitri Malikov yaradıcılıq gecəsini təqdim edəcək, eləcə də 1990-cı və 2000-ci illərin hit mahnıları səslənəcək. İyulun 31-də İqor Nikolayevin yaradıcılıq gecəsi, avqustun 1-də isə "HammAli&Navai" qrupunun və bir sıra digər ifaçıların konsertləri baş tutacaq. Bundan başqa, avqustun 2-də Yeqor Kridin solo konserti keçiriləcək və "Z" nəslinin (1995-2015-ci il təvəllüdlü) müğənniləri çıxış edəcəklər.

"Jara" layihəsinin təşkilatçıları məşhur müğənni və bəstəkar Emin Ağalarov, Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps, "Russkoye radio" radiostansiyasının və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ və digər ölkələrdən məşhur estrada ulduzları iştirak edirlər.

Əsas mövzular

  • Bakıda COVİD-19 yazısı olan tablo

    Karantinin mövcudluğu sadəcə bir problemi həll edir. Yəni, evində yüngül keçirən keçirir, ağır vəziyyətdə olanlar isə xəstəxanada yardım edilmək imkanı yaranır.

    1327
  • Süni nəfəs aparatına qoşulmuş şəxs, arxiv şəkli

    1931-ci il təvəllüdlü  Azərbaycan Respublikasının vətəndaşı  şəkərli diabet xəstəsi  olub,  1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib: 

    1999
  • Yasamal rayonu ərazisində dezinfeksiya işləri

    "İşimi sevərək görürəm. Ümidlərim böyükdür, düşünürəm ki, tezliklə bu virusdan yaxa qurtara biləcəyik. Hər kəsi evdə qalmağa, zərurət olmadan evdən çıxmamağa səsləyirik. Biz də sizin üçün işləyirik" - Vəsilə Rəhimova

    1066