Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Oksana Rəsulova ən yaxşılar arasında seçimini etdi

© © Courtesy of Oksana RasulovaКонкурс индийского танца
Конкурс индийского танца  - Sputnik Azərbaycan
Abunə olmaq
Hind rəqslərinin çoxsaylı pərəstişkarları Bakıda keçirilən rəqs müsabiqəsinin kastinqində iştirak ediblər.

BAKI, 22 fevral — Sputnik, Kəmalə Əliyeva. Məşhur azərbaycanlı rəqqasə və aktrisa Oksana Rəsulova hind rəqslərinin ən yaxşı ifaçılarını seçib. O, bu barədə özü Sputnik Azərbaycan-a məlumat verib.

Hindistanın Azərbaycandakı səfirliyi Oksana Rəsulovanın rəhbərlik etdiyi "OksiMedia Production" şirkəti ilə birlikdə martın 13-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək Hindistan rəqsləri festivalında iştirak etmək istəyənlər üçün müsabiqə təşkil edib. Kastinqin 50 nəfər iştirakçısı arasında həm peşəkar rəqqaslar, həm də bu rəqsləri özbaşına öyrənmiş ifaçılar olub. Onlardan cəmi 10 ifaçı festivalda çıxış etmək hüququnu qazanıb.

© © Courtesy of Oksana Rasulova
Hind rəqslərinin müsabiqəsi - Sputnik Azərbaycan
1/6
Hind rəqslərinin müsabiqəsi
© © Courtesy of Oksana Rasulova
Hind rəqslərinin müsabiqəsi - Sputnik Azərbaycan
2/6
Hind rəqslərinin müsabiqəsi
© © Courtesy of Oksana Rasulova
Hind rəqslərinin müsabiqəsi - Sputnik Azərbaycan
3/6
Hind rəqslərinin müsabiqəsi
© © Courtesy of Oksana Rasulova
Hind rəqslərinin müsabiqəsi - Sputnik Azərbaycan
4/6
Hind rəqslərinin müsabiqəsi
© © Courtesy of Oksana Rasulova
Hind rəqslərinin müsabiqəsi - Sputnik Azərbaycan
5/6
Hind rəqslərinin müsabiqəsi
© © Courtesy of Oksana Rasulova
Hind rəqslərinin müsabiqəsi - Sputnik Azərbaycan
6/6
Hind rəqslərinin müsabiqəsi
1/6
Hind rəqslərinin müsabiqəsi
2/6
Hind rəqslərinin müsabiqəsi
3/6
Hind rəqslərinin müsabiqəsi
4/6
Hind rəqslərinin müsabiqəsi
5/6
Hind rəqslərinin müsabiqəsi
6/6
Hind rəqslərinin müsabiqəsi

"Çox xoşdur ki, hind rəqslərini ifa etmək istəyənlərin sayı ildən-ilə artır. Hind rəqs mədəniyyəti çox müsbət, rəngarəng və zəngindir. Festivalın qonaqlarını zəngin proqram gözləyir. Ola bilsin Hindistandan məşhur klassik rəqs ifaçısı da gələcək. Bundan əlavə, mən özüm də yaradıcılığımda uzun fasilədən sonra "Indian Dance Studio" rəqs qrupum ilə səhnəyə çıxacağam," - Rəsulova bildirib.

O, həmçinin əlavə edib ki, gələcəkdə rəqqasə kimi yalnız dövlət tədbirlərində çıxış etmək niyyətindədir.

Oksana Rəsulova təkcə rəqqasə deyil, həm də aktrisa, eləcə də Azərbaycanda reklam layihələrinin, filmlərin və serialların çəkilişi ilə məşğul olan kino şirkətinin təsisçisidir. O, Hindistanın "India's Cine Stars Ki Khoj" adlı istedad şousunun qalibidir.

Xəbər lenti
0