Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Kukla teatrına "Bahar" gəldi

© Sputnik / Kemale AliyevaВ Азербайджанском государственном кукольном театре
В Азербайджанском государственном кукольном театре - Sputnik Azərbaycan
Abunə olmaq
Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin dəstək verdiyi bu sosial layihənin məqsədi istedadlı uşaqları bir araya gətirməklə onların cəmiyyətə inteqrasiyasını təmin etmək, fərqli səhnə, sənət bacarıqlarını təkmilləşdirmələrinə dəstək olmaqdır.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 21 fevral — Sputnik. Cari repertuar tamaşaları ilə yanaşı sosial aksiyalarını, xeyriyyə tədbirlərini də ənənəyə çevirən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti musiqili tamaşasının premyerası ilə sənətsevərləri yenidən öz ətrafına toplayıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Əngəlləri səhnədən aşaq..." şüarını əsas götürən yaradıcı heyət bu dəfə Abdulla Şaiqin "Gözəl Bahar" adlı mənzum pyesinin motivləri əsasında hazırlanan "Bahar" tamaşasını təqdim edib.

Teatrın nəzdində yaradılan azyaşlı həvəskar aktyorlardan ibarət "Oyuq" və fiziki imkanları məhdud səhnə bacarıqlı uşaqların cəmləşdiyi "Küllücə" teatr-studiyalarının bu birgə işi də maraqla qarşılanıb.

1/4
"Bahar" tamaşası
2/4
"Bahar" tamaşası
3/4
"Bahar" tamaşası
4/4
"Bahar" tamaşası
1/4
"Bahar" tamaşası
2/4
"Bahar" tamaşası
3/4
"Bahar" tamaşası
4/4
"Bahar" tamaşası

Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin dəstək verdiyi bu sosial layihənin məqsədi istedadlı uşaqları bir araya gətirməklə onların cəmiyyətə inteqrasiyasını təmin etmək, fərqli səhnə, sənət bacarıqlarını təkmilləşdirmələrinə dəstək olmaqdır.

Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Röya Hüseynova, xoreoqrafı Günay Əhməddir.

Qeyd edək ki, uşaqlara təbiəti, fəsilləri, insanları sevməyi təlqin edən, onları ətraf mühitin qorunmasına səsləyən birhissəli musiqili uşaq tamaşasında rolları Nazan Qafarova, Həcər Abdullayeva, Selcan Müseyibova, Zəhra Qafarova, İbrahim Məmmədli, Ülvi Bayramov, Nigar Süleymanzadə, Aslımaral Umarova, Sofiya Əlizadə, Murad Abdurrəhmanov, Aysu Cəbrayılova, Hüseyn Abdullazadə, İlqar İbrahimli, İbrahim Süleymanlı, Aydan Əhmədova, Fuad Atayev və başqaları ifa edirlər.

Xəbər lenti
0