09:42 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
107164 0 0

Azərbaycan əsilli müğənni Xan Bəyli ABŞ-da məşhur Azərbaycan xalq mahnısını daxil etdiyi yeni albomunu çıxarıb və bu, amerikalıların ürəyincə olub.

BAKI, 20 fevral — Sputnik, Kəmalə Əliyeva. Azərbaycan əsilli Ukrayna müğənnisi Xan Bəyli ABŞ-da "Qubanın ağ alması" xalq mahnısını təqdim edib. Sputnik Azərbaycan-ın məlumatına görə, müğənninin ifasında səslənən bu mahnını qısa müddətdə çox sayda amerikalı dinləyib.

Bəyli artıq uzun müddətdir məşhur Azəbaycan mahnılarının da daxil olduğu yeni albomu üzərində işləyir. Lakin o, albomu bütövlükdə deyil, hissə-hissə, sinqllar şəklində buraxır.

Müğənninin bu yaxınlarda təqdim etdiyi alboma daxil olan birinci Azərbaycan xalq mahnısı "Qubanın ağ alması"dır. Bəylinin ifa etdiyi populyar Azərbaycan mahnılarının lentə alınmasında ona əcnəbi həmkarları, həmçinin qardaşı Orxan Ağabəyli kömək ediblər. İfaçı ona inandığına və daimi dəstəyinə görə qardaşına minnətdardır.

Xan Bəylinin postu

Amerikalı dinləyicilərin rəylərindən görünür ki, onlar Azərbaycan mahnısını bəyəniblər.

Xan Bəylinin əsl adı Şirxan Ağabəylidir. O, Amerikaya gedəndən sonra öz ad-soyadını qısaltmaq qərarına gəlib. Musiqiçinin valideynləri 80-ci illərin sonunda Azərbaycandan Ukraynaya miqrasiya ediblər. Müğənni Ukraynada doğulub, böyüyüb və təhsil alıb. Uşaq vaxtı valideynləri Şirxanı Azərbaycana tez-tez gətiriblər. O, "İrs" folklor ansamblının bədii rəhbəri Sidqi Mustafayevdən muğam dərsləri alıb və bu, onun Azərbaycan musiqisini daha dərindən öyrənməsinə imkan yaradıb. Ukraynada məktəbi başa vurandan sonra musiqiçi təhsilini xaricdə davam etdirmək qərarına gəlib. Bəyli Bostondakı Berkli musiqi kollecini seçib. O vaxtdan Amerikada yaşayır. Xan Bəyli artıq beş ildir ki, okeanın o tayında Azərbaycan musiqisini populyarlaşdırmaqla məşğuldur.

Əsas mövzular