04:38 29 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
20 0 0

Şahanə məqalə və digər yazılarında istifadə etdiyi duru dili şeirlərində də eyni ölçüdə işlədib. Şeir sevənləri yormayan, oxuduqca düşündürən və bu gözəl təsirli əsərlərini Türkiyə türkcəsinə çevirərkən çox gözəl duyğular yaşadım.

BAKI, 14 fevral — Sputnik. Bu günlərdə yazıçı, şair Şahanə Müşfiqin "Şahanənin nağılı" kitabı Türkiyədə işıq üzü görüb. "Şahanenin masalı" adlanan kitab Avrasiya Yazarlar Birliyinin "Bengü" nəşriyyatının "Azərbaycan ədəbiyyatı" seriyasında çap olunub.

Nəşrdə yer alan şeirləri Türkiyə türkcəsinə tanınmış yazıçı, tərcüməçi Ülkü Taşlıova çevirib. Üz qabığındakı rəsm və dizayn İbrahim Sağlama aiddir.

Kitaba ön sözü də Ülkü Taşlıova yazıb. O qeyd edir: "Gənc bir jurnalist olan Şahanəni ilk dəfə esse və məqaləsini Türkiyə türkcəsinə çevirərkən tanıdım. O qədər duru, o qədər sadə, o qədər güclü və bir o qədər də səmimi idi ki, hər sətrindən ayrı ləzzət almışdım. Azərbaycan türkcəsindən tərtəmiz istifadə etməsinə də heyran olmuşdum. Qaspiralının dediyi "Dildə birlik..." tam olaraq bu idi. Türkiyədən və Azərbaycandan hər hansı bir insan bu sətirləri oxusa "Bu nə deməkdir, görəsən?" soruşmağı mümkün deyil.

Şahanə məqalə və digər yazılarında istifadə etdiyi duru dili şeirlərində də eyni ölçüdə işlədib. Şeir sevənləri yormayan, oxuduqca düşündürən və bu gözəl təsirli əsərlərini Türkiyə türkcəsinə çevirərkən çox gözəl duyğular yaşadım.

Şahanəni özündən qabaq yazılarından tanımışdım. Və deyə bilərəm ki, hər şeir, hər məqalə, hər esse daxil, bütün əsərlər yazıçının, şairin özüdür. Bunu Şahanəni tanıyanda daha yaxşı anladım. Şahanə bir şəxsiyyətə sahib olan Şahanə şeirlərindəki misraların arasında yaşamaqdadır".

Xatırladaq ki, "Şahanənin nağılı" kitabı 2018-ci ildə Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə "aybKitab" layihəsində işıq üzü görmüşdü. 2019-cu ildə Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatının "Şans" ödülünə layiq görülmüşdü. Türkiyədə çap olunan kitaba isə "Şahanənin nağılı"ndakı şeirlərlə yanaşı, şairin "Ey sevda dənizim", "Xəyal qırıqlığım", "Eşqin rəngi", "İstanbulu anarkən", "Eşqə namə" və sair kimi Türkiyə türkcəsində yazdığı şeirlər də daxil edilib.

Ankarada işıq üzü görən kitab artıq kitab mağazalarında və kitab satışı ilə məşğul olan internet saytlarında satışdadır.

Əsas mövzular