Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Premyerası uğursuz olan "Yırtıcı quşlar"ın adını dəyişib

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidКинозал, фото из архива
Кинозал, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Marqo Robbinin iştirak etdiyi "Yırtıcı quşlar: Harli Kvinnin heyranedici hekayəsi" adlı filmin premyerası gözlənildiyi qədər vəsait qazandırmadığı üçün müəlliflər onun adını dəyişmək qərarına gəliblər.

BAKI, 12 fevral — Sputnik. Marqo Robbinin iştirak etdiyi "Yırtıcı quşlar: Harli Kvinnin heyranedici hekayəsi" adlı filmin adı dəyişdirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə "Entertainment Weekly" məlumat yayıb.

Bu, ABŞ-da premyera həftəsonunda filmin cəmi 33 milyon dollar toplamasından sonra baş verib. Halbuki, müəlliflər boks-ofisdən əldə ediləcək vəsaitin 50-55 milyon dollar olacağını gözləyiblər.

İndi Amerika kinoteatrlarında film "Harli Kvinn: Yırtıcı quşlar" adlı DC komiks filmi kimi nümayiş olunur. Ehtimala görə, "Warner Bros" studiyası bu yolla potensial tamaşaçıların diqqətini filmin süjetini hansı superqəhrəmanın söylədiyinə cəlb etmək istəyir.

Xəbər lenti
0