Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Pozner məşhur qalmaqalın mahiyyəti barədə: Eyvazovun milliyyətinin məsələyə dəxli yoxdur

© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidТелеведущий Владимир Познер во время интервью, фото из архива
Телеведущий Владимир Познер во время интервью, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın məşhur teleaparıcısı və jurnalisti Azərbaycanın xalq artisti ilə erməni opera müğənnisi arasında baş verən qalmaqala münasibət bildirib.

Kəmalə Əlizadə, Sputnik Azərbaycan

BAKI, 11 fevral — Sputnik. Rusiyalı teleaparıcı və jurnalist Vladimir Pozner Azərbaycanın xalq artisti Yusif Eyvazovla erməni opera müğənnisi Ruzan Mantaşyan ətrafında cərəyan edən qalmaqala öz münasibətini bildirib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə teleaparıcının saytında məlumat verilib.

Оперный певец Юсиф Эйвазов, фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Erməni müğənni istəyinə çatdı: Yusif Eyvazov onunla eyni səhnəni bölüşəcək

Xatırladaq ki, bu günlərdə bir sıra xarici KİV-lərdə belə bir məlumat yayılmışdı ki, guya Yusif Eyvazov fevralın 7-də Drezdendə "The Semper Opera Ball"ın səhnəsində erməni həmkarı Ruzan Mantaşyanla birgə çıxışdan imtina edib. Sonra azərbaycanlı ifaçı bildirdi ki, Mantaşyanın adı lap əvvəldən konsertdə çıxış edəcək şəxslərin siyahısında olmayıb, özünün solo çıxışı isə qabaqcadan planlaşdırılıb. Yusifovin dediyinə görə, həmkarlarının milli mənsubiyyəti heç vaxt onun üçün səhnədə rol oynamayıb.

Nəhayət, ermənilər hay-küy salaraq ona nail olublar ki, hər iki müğənni fevralın 7-də sözügedən konsertdə çıxış ediblər.

"Bəs incəsənətin milliyyəti varmı?" sualına cavabında Pozner deyib ki, "bəli, var, məsələn rus incəsənəti, fransız incəsənəti və s."

"Bütün bunlar ... bizim sosial şəbəkələrdə müşahidə olunanlar, bir-birinin tökülən qanını içməyə hazır olacaq qədər nifrət, ümumiyyətlə biabırçı bir şeydir. Bəli, iki ölkə arasında problem var, ciddi problem var. Mən hər kəsi qınamaqdan, bu məsələdə kiminsə tərəfini tutmaqdan tamamilə imtina edirəm. Mən həqiqətin tərəfini tuturam. Və həqiqət budur ki, bunların heç biri baş vermədi, amma kimlər üçünsə bu hekayəni tərpətmək çox rahat və çox sərfəlidir", - deyə Pozner müğənnilərlə bağlı qalmaqla münasibət bildirərkən deyib.

Российская актриса Сати Спивакова - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Məşhur erməni azərbaycanlı tenorun müdafiəsinə qalxdı: "Ona böhtan atıblar"

Aparıcını Yusif Eyvazovun artıq vəkil tutması və Mantaşyanla mahnı oxumaqdan imtina etdiyini söyləyənləri məhkəməyə vermək istəməsi faktı Pozneri xeyli sevindirib. Onun sözlərinə görə, vokalçı bir sıra erməni müğənniləri ilə çox məşhur və gözəl mahnılar oxuyub. Çünki Eyvazov sənət adamıdır və onun azərbaycanlı və yaxud başqası olmasının əhəmiyyəti yoxdur.

Vladimir Pozner rusiyalı və amerikalı telejurnalist, teleaparıcı, radioaparıcı, Rusiya Televiziya Akademiyasının ilk prezidenti və yazıçıdır. Birinci kanalda yayımlanan "Pozner" proqramının müəllifidir.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan azərbaycanlı Yusif Eyvazov isə 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. Onun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib. O, bir sıra beynəlxalq müsabiqələrin laureatı və qalibidir. Onun qazandığı mükafatlar arasında Gianandrea Gavazzeni (dünya şöhrətli italyan dirijoru, pianoçusu, bəstəkarı, musiqi tənqidçisi və yazıçısı — red.) fəxri medalı da var. Eyvazov Milanın "La Skala" operasının və Monte-Karlonun "Kral" operasının kollektivləri ilə birlikdə dünya səhnələrində çıxış edir. 2015-ci ildə Rusiyanın xalq artisti Anna Netrebko ilə ailə qurub.

Xəbər lenti
0