Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İllərdir səhnədən enməyən "Talelər qovuşanda"

© © Azerbaijan State Academic Musical Theatre"Talelər qovuşanda" ikihissəli operetta
Talelər qovuşanda ikihissəli operetta  - Sputnik Azərbaycan
Abunə olmaq
Səhnə əsərində rolları Əməkdar artist Novruz Qartal, aktyorlar – Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Hüseyn və Gültac Əlililər, Şaban Cəfərov, Emil Heydərov ifa edirlər

BAKI, 10 fevral — Sputnik. Yarım əsrdən çoxdur ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında uğurla nümayiş olunan "Talelər qovuşanda" ikihissəli operetta bu dəfə də teatrsevərlər tərəfindən maraqla qarışlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, uzun illərdir Xalq artisti Rauf Hacıyevin ölməz musiqilərinin sədaları altında, müxtəlif rejissorların yozumunda təqdim olunan tamaşanın sonuncu quruluşu mərhum rejissor Faiq Zöhrabova aiddir.

135-ci dəfə nümayiş edilən səhnə əsərində rolları Əməkdar artist Novruz Qartal, aktyorlar – Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Hüseyn və Gültac Əlililər, Şaban Cəfərov, Emil Heydərov, Güldanə Əzimova, Türkel Tariqpeyma, Elçin İmanov, Fərid Rzayev, Elməddin Dadaşov ifa ediblər.

© © Azerbaijan State Academic Musical Theatre
Talelər qovuşanda ikihissəli operetta  - Sputnik Azərbaycan
1/3
© © Azerbaijan State Academic Musical Theatre
Talelər qovuşanda ikihissəli operetta  - Sputnik Azərbaycan
2/3
© © Azerbaijan State Academic Musical Theatre
Talelər qovuşanda ikihissəli operetta  - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Balet və xor artistləri də həmişə olduğu kimi, tamaşaya xüsusi ahəng qatıb.

Qeyd edək ki, "Talelər qovuşanda" ikihissəli operettanın ilk premyerası 23 yanvar 2003-cü ildə olub.

Xəbər lenti
0