Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı aktyor rusların ağlını başdan aldı - VİDEO

© Instagram / anarprostosuperАзербайджанский актер Анар Халилов, фото из архива
Азербайджанский актер Анар Халилов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı müğənnilərin klipinin altında şərh yazan istifadəçilər ifadan daha çox, azərbaycanlı aktyorun oyununu bəyəndiklərini yazıblar

BAKI, 8 fevral — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı aktyor Anar Xəlilov kliplərinə çəkildiyi Rusiyanın Xalq artisti Valeriya ilə Hazimanın personajlarını kölgədə qoyaraq, rusiyalı qızları özünə aşiq edib.

Sputnik Azərbaycan bildirir ki, "Minlərlə əhvalat" klipinə sosial şəbəkələrdə şərh yazan qızlar aktyoru kompliment və sevgi etirafları yağışına tutublar.

Bir neçə gün ərzində klipi iki milyondan çox adam izləyib. Auditoriyanın qadın qismi təkcə Xəlilovun xarici görünüşünü deyil, aktyor oyununu da çox bəyəndiklərini qeyd edib.

© © Instagram stories / anarprostosuperAnar Xəlilov barədə status
Azərbaycanlı aktyor rusların ağlını başdan aldı - VİDEO - Sputnik Azərbaycan
Anar Xəlilov barədə status
"Əla videodur. Əsasən də baş qəhrəman - çox inandırıcı oynayır. İnandım", "Mən, deyəsən, yenidən aşiq oldum", "O, möhtəşəmdir", "Onu tez-tez filmlərə çəkmək lazımdır" - bunlar rusiyalı xanım dinləyicilərin klipin altından yazdıqları şərhlərdəndir.

Quruluşçu rejissoru Zaur Zaseyev olan klipdə Xəlilovdan başqa, Anastasiya Levçenko və Anastasiya Şirokova da çəkiliblər.

Süjetə görə, aktyor hər dəfə liftdə qarşılaşdığı qıza aşiq olur. Onların sevgi hekayəsi toyla tamamlanır.

Hazırda Anar Xəlilov aktyorluq fəaliyyəti ilə yanaşı, Moskvada yeni başlayan həmkarları üçün ustad dərsləri də verir.

© © Instagram stories / anarprostosuperAnar Xəlilov barədə status
Azərbaycanlı aktyor rusların ağlını başdan aldı - VİDEO - Sputnik Azərbaycan
Anar Xəlilov barədə status
Anar Xəlilov Şukin adına Teatr İnstitutunun məzunudur, o, Rusiyanın Xalq artisti Lüdmila Maksakovanın tələbəsidir. Azərbaycanlı rejissor İlqar Safatın "Daxili şəhər" filmində baş rola çəkilib. Xəlilov həmçinin müxtəlif fotolayihələrdə model qismində iştirak edir. O, həmişə eksperimentlərə hazır görünür və hər dəfə yeni obrazla tamaşaçının görüşünə gəlir.

Xəbər lenti
0