Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Oskar"ı kimlər alacaq – Proqnozlar internetə sızdı

© AFP 2023 / FREDERIC J. BROWNOskar mükafatı
Oskar mükafatı - Sputnik Azərbaycan
Abunə olmaq
Amerika Kino Sənəti Akademiyası Twitter hesabında səhvən "Oskar" mükafatını alacaq şəsxlərin adlarını açıqlayıb

BAKI, 6 fevral — Sputnik. "Oskar"la bağlı proqnozlar təsadüfən sosial şəbəkədə peyda olub. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, sözügedən paylaşım fevralın 4-də Amerika Kino Sənəti Akademiyasının Twitter hesabında yayımlanıb. Daha sonra bu paylaşım səhifədən yox edilib. Akademiya baş verən hadisəni digər bir statusunda səhv adlandırıb və bildirib ki, pozulan statusda sadəcə tamaşaçıların gözləntiləri əksini tapıb.

Bu təsviri yaddaşda saxlamağa imkan tapmış sosial şəbəkə istifadəçiləri onu Twitter-də yayıblar. Həmin təsvirdən göründüyünə görə, ən yaxşı film adına "Parazitlər" layiq görülüb. Ən yaxşı rejissor işinə görə mükafatı "1917" filmini çəkmiş Sem Mendes alacaq. Ən yaxşı aktyor Xoakin Feniks və ən yaxşı aktrisa Rene Zellveqer seçilib.

Amerika Kino Sənəti Akademiyasının "Oskar" üzrə nominantları yanvarın 13-də açıqlayıb. "Ən yaxşı rejissor" adı uğrunda Martin Skorseze, Todd Fillips, Sem Mendes, Kventin Tarantino və Pon Cun-xo mübarizə aparır. Amerika Kino Sənəti Akademiyasının "Oskar" mükafatının 92-ci təqdimat mərasimi fevralın 10-da Los-Ancelesdə keçiriləcək. Tədbir artıq ikinci ildir ki, aparıcı olmadan baş tutacaq.

Xəbər lenti
0