Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Hidayət müəllim, Şakir Şəkəroviç və “Bulaq” – Əfsanəvi Səməndər Rzayev yad edildi

© Azerbaijan State Academic Drama TheaterAktyor Səməndər Rzayevin 75 illik yubileyi qeyd olunub
Aktyor Səməndər Rzayevin 75 illik yubileyi qeyd olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan SSR Əməkdar artisti, Azərbaycan SSR dövlət mükafatı laureatı Səməndər Rzayev 1986-cı ildə 41 yaşında vəfat edib

BAKI, 29 yanvar — Sputnik. Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Əməkdar artist, Dövlət mükafatı laureatı Səməndər Rzayevin 75 illik yubileyi qeyd olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu münasibətlə Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" əsəri əsasında hazırlanmış tamaşa nümayiş olunub və fotoşəkillərdən ibarət sərgi keçirilib.

Tədbirdə çıxış edən Xalq artisti Hacı İsmayılov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Xalq artisti Azərpaşa Nemətov, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Xalq artisti Səidə Quliyeva aktyorun Azərbaycan teatr və kino sənətinə töhfələrindən danışıblar.

Vurğulanıb ki, Səməndər Rzayev "Dəli yığıncağı"nda Fazil Küleyli obrazını ustalıqla yaradıb. O, kinoda da eyni dərəcədə uğur qazanıb. Səməndər Rzayevin digər aktyorlardan fərqi ondadır ki, o, baş rolları dublyaj edib.

Diqqətə çatdırılıb ki, Səməndər Rzayevin ilk rolu 1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında "Hamlet" tamaşasında Horatsio olub.

Azərbaycan Dövlət Radiosunun "Bulaq" folklor toplusunun Bulaq dədəsi kimi məşhurlaşan aktyor teatrda Hatəmxan ağa ("Müsyö Jordan və Dərviş Məstəli Şah", M.F.Axundzadə), Xacə Nizam, Knyaz, İbn Yəmin ("Xəyyam", "Knyaz", "İblis", H.Cavid), Balaxan ("Aydın", C.Cabbarlı), Vaqif ("Vaqif", S.Vurğun), Əmir İnanc ("Qılınc və qələm", M.S.Ordubadi), Qənimət, Muradov ("Məhv olmuş gündəliklər", "Qəribə oğlan", İ.Əfəndiyev), Bəhram Zeynallı, Xudayar bəy ("Şəhərin yay günləri", "Sizi deyib gəlmişəm", Anar) və digər yaddaqalan obrazlar yaradıb.

© Azerbaijan State Academic Drama Theater
Aktyor Səməndər Rzayevin 75 illik yubileyi qeyd olunub - Sputnik Azərbaycan
1/4
Aktyor Səməndər Rzayevin 75 illik yubileyi qeyd olunub
© Azerbaijan State Academic Drama Theater
Aktyor Səməndər Rzayevin 75 illik yubileyi qeyd olunub - Sputnik Azərbaycan
2/4
Aktyor Səməndər Rzayevin 75 illik yubileyi qeyd olunub
© Azerbaijan State Academic Drama Theater
Aktyor Səməndər Rzayevin 75 illik yubileyi qeyd olunub - Sputnik Azərbaycan
3/4
Aktyor Səməndər Rzayevin 75 illik yubileyi qeyd olunub
© Azerbaijan State Academic Drama Theater
Aktyor Səməndər Rzayevin 75 illik yubileyi qeyd olunub - Sputnik Azərbaycan
4/4
Aktyor Səməndər Rzayevin 75 illik yubileyi qeyd olunub
1/4
Aktyor Səməndər Rzayevin 75 illik yubileyi qeyd olunub
2/4
Aktyor Səməndər Rzayevin 75 illik yubileyi qeyd olunub
3/4
Aktyor Səməndər Rzayevin 75 illik yubileyi qeyd olunub
4/4
Aktyor Səməndər Rzayevin 75 illik yubileyi qeyd olunub

Səməndər Rzayev, həmçinin "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Arxadan vurulan zərbə", "Babamızın babasının babası", “Nəsimi”, "Ad günü", "Babək", "Bağ mövsümü", "Bəyin oğurlanması" və digər filmlərdə uğur qazanıb.

Aktyorun qızı Rübabə Rzayeva tədbirin təşkilində Mədəniyyət Nazirliyinə və Akademik Milli Dram Teatrına minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan SSR Əməkdar artisti, Azərbaycan SSR dövlət mükafatı laureatı Səməndər Rzayev 1986-cı ildə 41 yaşında vəfat edib.

Xəbər lenti
0