Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İmam Həsənov: "Təsəvvür edin qapqaranlıq bir otaqdasınız..."

© Sputnik / Murad OrujovРежиссер Имам Гасанов
Режиссер Имам Гасанов - Sputnik Azərbaycan
Abunə olmaq
Əməkdar artist İlqar Cahangir və aktyor Rauf Şahsuvarovun rol aldığı səhnə əsəri 27 yanvarda tamaşaçılara təqdim ediləcək. Tamaşanı izləmək istəyənlər Şuşa Dövlət Musiqili Dram Teatrına üz tutmalı olacaqlar.

BAKI, 25 yanvar — Sputnik. Rejissor İmam Həsənov yeni tamaşa üzərində işləyir. Rejissorun Sputnik Azərbaycan-a verdiyi məlumata görə "Arzular Bağı" adlanan tamaşanın premyera günü də məlumdur.

Əməkdar artist İlqar Cahangir və aktyor Rauf Şahsuvarovun rol aldığı səhnə əsəri 27 yanvarda tamaşaçılara təqdim ediləcək. Tamaşanı izləmək istəyənlər Şuşa Dövlət Musiqili Dram Teatrına üz tutmalı olacaqlar.

© © Sputnik / Kamal Almuradlı"Arzular Bağı" tamaşası
İmam Həsənov: Təsəvvür edin qapqaranlıq bir otaqdasınız... - Sputnik Azərbaycan
"Arzular Bağı" tamaşası

İ.Həsənov tamaşa haqqında fikirlərini bölüşüb: “Təsəvvür edin, qapqaranlıq bir otaqdasınız. Təsəvvür etdiniz? Siz nə gördünüz? Heç nə... “Arzular Bağı” da belədir. Qaranlıqdan gəlib, qaranlığa gedər… Dəlixanadan qaçmış iki ruhi xəstə öz arzularını, xəyallarını reallaşdırmaq istəyir. Biz onların gözü ilə uşaqlaşır, böyüyür, evlənir, qocalır və ölürük... Məgər belə xəyallarda yaşayıb ölmək olar?!"

© © Sputnik / Kamal Almuradlı
Arzular Bağı tamaşası - Sputnik Azərbaycan
1/3
© © Sputnik / Kamal Almuradlı
Arzular Bağı tamaşası - Sputnik Azərbaycan
2/3
© © Sputnik / Kamal Almuradlı
Arzular Bağı tamaşası - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Bir saat davam edən tamaşa tragikomediya janrındadır.

Qeyd edək ki, əsərin müəllifi Pərviz Bəşərdüst, bəstəkarı isə Ayaz Qəmbərlidir. Tamaşa Azərbaycan dilində təqdim ediləcək.

Xəbər lenti
0