CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Erməni müğənni istəyinə çatdı: Yusif Eyvazov onunla eyni səhnəni bölüşəcək

© Sputnik / Ekaterina Lyizlova / Mediabanka keçidОперный певец Юсиф Эйвазов, фото из архива
Оперный певец Юсиф Эйвазов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Erməni vokalçı öz dinləyicilərinə bildirib ki, Drezdendə çıxış edəcək və orada Tatyananın ariyasını oxuyacaq.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. Erməni müğənni Ruzan Mantaşyan fevralın 7-də Drezdendə "The Semper Opera Ball" səhnəsində çıxışa axır ki, nail olub. O, Azərbaycanın Xalq artisti Yusif Eyvazovla eyni səhnədə çıxış edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı erməni vokalçı "Instagram" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"İnanıram ki, mədəniyyət sərhəd tanımır və mən çox şadam ki, bu inancı bu günlərdə öz sözləri və əməlləri ilə məni dəstəkləyən çox adam bölüşür. Dinləyicilərimə bildirməkdən məmnunam ki, fevralın 7-də "The Semper Opera Ball"-da nəhayət çıxış edəcəyəm. Mən orada Tatyananın ariyasını oxuyacağam", - Mantaşyan yazıb.

Xatırladaq ki, son günlər bir sıra xarici KİV-lər Yusif Eyvazovun fevralın 7-də "The Semper Opera Ball"-da erməni həmkarı Ruzan Mantaşyanla birgə səhnəyə çıxmaqdan imtina etdiyini yazmışdı. Eyvazov, eləcə də konsertin təşkilatçıları açıqlama verərək, bu iddanın yalan, böhtan və uydurma olduğunu, Mantaşyanın nəinki duetdə, heç soloda belə çıxış etmək üçün həmin konsertə dəvət almadığını bildirmişdilər. Eyvazov qeyd etmişdi ki, həmkarlarının milli mənsubiyyəti heç vaxt səhnədə onun üçün hər hansı rol oynamayıb və o, dəfələrlə müxtəlif erməni vokalçılarla eyni səhnəni bölüşüb.

"The Semper Opera Ball"-ın bədii rəhbəri Hans-Yoahim Freyi də öz növbəsində azərbaycanlı vokalçının ünvanına səslənən ittihamları iftira adlandırmışdı. O bildirmişdi ki, "The Semper Opera Ball"-ın rəhbərliyi erməni vokalçı Ruzan Mantaşyanla ümumiyyətlə müqavilə bağlamayıb və fevralın 7-də onun Eyvazovla eyni səhnəyə çıxması ilə bağlı heç bir plan olmayıb.

Görünür, ermənilər Yusif Eyvazova böhtan ataraq, Mantaşyanın adını "The Semper Opera Ball"-da çıxış edəcək opera müğənnilərinin siyahısına saldıra biliblər.

Xəbər lenti
0