09:43 21 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
9210

Azərbaycanla Rusiyanın xalq artistlərinin duet mahnısı onların Rusiyada yaşayan pərəstişkarlarının ürəyincə olub

BAKI, 18 yanvar — Sputnik, Kəmalə Əliyeva. Rusiyanın Xalq artisti Filipp Kirkorovun vətənindəki pərəstişkarları onun Azərbaycanın Xalq artisti Aygün Kazımova ilə oxuduğu "Can, canım Azərbaycanım" mahnısını çox bəyəniblər.

Sputnik Azərbaycan bildirir ki, F.Kirkorov özünün Instagram səhifəsində klipdən bir parçanı paylaşaraq: "Bakının gözəlliyi və qonaqpərvərliyi mənim ürəyimdə və mahnılarımda izini qoydu" sözlərini yazıb. Mahnını bəyəndiklərini qeyd edən pərəstişkarlarının əksəriyyəti artıq həmin mahnını yüklədiklərini yazıblar. Həmçinin müğənninin Aygün Kazımova ilə əməkdaşlığını davam etdirməsini arzulayıblar. 

Mahnı ilk dəfə Kirkorovun Bakı Konqres Mərkəzindəki "Əhvalın rəngi" şousunda təqdim olunub. Onun klipinin çəkilişləri də konsertdə baş tutub. Klipin rejissoru tanınmış rusiyalı stilist, müğənni və klipmeyker Alişerdir.

Aygün Kazımova - Azərbaycan pop musiqisinin ən tanınmış müğənnilərindəndir. Onun karyerası "Bakı payızı-88" musiqi festivalında qələbədən sonra başlayıb. Sonra Yurmaladakı və "Asiya Dausı" müsabiqələrində iştirak edib. 1996-cı ildə İstanbulda beynəlxalq müsabiqənin laureatı olub. Müğənni həm Azərbaycanda, həm xaricdə konsertlər verib.

Filipp Kirkorov estrada müğənnisi, aktyor, bəstəkar, prodüser, Rusiya, Ukrayna və Moldovanın Xalq artistidir. Rusiyada ən populyar ifaçı, "Zolotoy Qrammofon", "Stopudovıy xit", "Serebryanaya kaloşa" mükafatlarının dəfələrlə mükafatçısı, "Ovasiya" mükafatının səkkizqat, "World Music Awards" mükafatının beşqat qalibi, "İlin mahnısı" illik festivalının laureatıdır.

Əlaqədar

Kirkorov: Təəccüblüdür ki, hələ də Emin Ağalarov kimi "Don Kixot"lar var
Moskva Aygün və Namiqi yenidən bir araya gətirdi
Kirkorov Azərbaycanın Xalq artistinə "Avroviziya"da prodüserlik etməyə hazırdır
Arzusu baş tutdu: Kirkorov Bakıda ev almaq, azərbaycanlı qadınlar və arzuları barədə
Filipp Kirkorova pərəstişkarından qeyri-adi hədiyyə - FOTO, VIDEO

Əsas mövzular