19:03 25 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
5110

Azərbaycan əsilli model Kristina Zamir müxtəlif tituları ilə məşhurlaşandan sonra özünü dünya şöhrətli amerikalı aktrisa və müğənni Merilin Monronun imicində sınamaq qərarına gəlib

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 27 dekabr — Sputnik. Azərbaycanlı model Kristina Zamir dünya şöhrətli amerikalı aktrisa, 50-ci illərin seks simvolu Merilin Monroya oxşamaq üçün öz imicini dəyişib. Bunu Sputnik Azərbaycan-a model özü bildirib.

Zamir bir çox məşhur müasir və tarixi şəxsiyyətlərin maskalarını öz üzərində sınayıb. Bu dəfə isə o, çoxdankı arzusunu həyata keçirərək Merilin Monronun obrazını sınaqdan keçirib.

Посмотреть эту публикацию в Instagram

Публикация от 👑🅺🆁🅸🆂🆃🅸 🆉🅰🅼🅸🆁👑 (@kristizamir)

"Həmişə qeyri-adi gözəl olan Merilin Monronun obrazını öz üzərimdə yoxlamağı arzulamışam. Mən 16 yaşımdan model sənayesindəyəm, amma yalnız bu gün nəhayət ki, onun kimi saç düzümü etmişəm. Beləcə, XXI əsrin Monrosu olmuşam. Düşünürəm ki, ona çox oxşayıram", - deyə Zamir bildirib.

Sosial şəbəkə istifadəçiləri də modelin Merilin Monroya həqiqətən də çox bənzədiyini deyiblər və ona bu imicini dəyişməməyi tövsiyə ediblər.

Посмотреть эту публикацию в Instagram

Публикация от 👑🅺🆁🅸🆂🆃🅸 🆉🅰🅼🅸🆁👑 (@kristizamir)

Kristina Zamir "Miss Photo Model Azerbaijan 2014", "Miss Sharm", "Miss Charisma Queen of Ussr Dubai 2016", "Miss Fashion Queen Glamourfaces of the World 2018", "Miss Celebrity", "Miss Best Artist Supertalent of the World 2018", "Miss humanity universe 2017", "World next top Model 2017" və altı nominasiyada "Jewel of the World 2018" — "Miss Personality", "Jewel of the Award", "Miss Everwin", "Best in long gown", "Miss Charming" və "Miss Best Faces Jewel of the Day" titullarının sahibidir.

Əlaqədar

Ən gözəl azərbaycanlı ölkəmizi tərk edir
Azərbaycanlı modelyer qızıl medal aldı
Azərbaycanlı dünyanın ən yaraşıqlı kişisi seçildi: qələbəyə heç nə mane ola bilməz
Azərbaycanlı model açıq-saçıq fotosu ilə ağılları başdan aldı – FOTO
İlin ən gözəl finalı: Londonda “Dünya gözəli”ni seçiblər

Əsas mövzular