Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Populyar türkiyəli reper Bakının qonağı olub

© © Courtesy of Pera GroupИзвестный турецкий рэпер Ceza выступил с концертной программой в Баку
Известный турецкий рэпер Ceza выступил с концертной программой в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyəli ifaçı Bakı konsertində azərbaycanlı fanatlarının əzbər bildikləri hirlərini səsləndirib və yeni konsert proqramı ilə qayıdacağına söz verib

BAKI, 26 dekabr — Sputnik. Məşhur türkiyəli reper, daha çox Ceza ləqəbi ilə tanınan Bilgin Özçalkan Bakı Elektra Events Hall-da çıxış edib.

Sputnik Azərbaycan xəbər verir ki, onun çıxışını Pera group təşkil edib, bütün biletlər isə dərhal satılıb.

© © Courtesy of Pera GroupTanınmış türkiyəli reper Ceza Bakıda konsert verib
Populyar türkiyəli reper Bakının qonağı olub - Sputnik Azərbaycan
Tanınmış türkiyəli reper Ceza Bakıda konsert verib

Konsertə reperin Bakıdakı bütün pərəstişkarları toplaşıblar. Ceza pərəstişkarları qarşısında həm yeni, həm də artıq hitə çevrilmiş köhnə kompozisiyalarını səsləndirib.

Reper tamaşaçılara üz tutaraq deyib: “Bilmirdim ki, Azərbaycanda mənim bu qədər pərəstişkarım var. Mən buna çox şadam”.

O, yenidən Bakıya qayıtmağa hazırlaşır. Amma bu dəfə yeni konsert proqramı ilə.

Bilgin Özçalkan “Nefret” (Nifrət) qrupunu yaradaraq, 1995-ci ildə reper olmaq qərarına gəlib və İstanbulda klublarda konsertlərlə çıxış edib. Sonra o, Almaniyanın Hamme Music səsyazma şirkəti ilə müqavilə bağlayıb. 2006-cı ildə solo karyeraya başlamaq qərarına gəlib və Yerli Plaka adlı albom buraxıb. 2007-ci ildə isə MTV Europe Music Awards-da qalib gəlib.

Xəbər lenti
0