Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Mədəniyyət xadimləri layiq olduqlarını aldılar

© © Sputnik / Kamal AlmuradlıMədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirilib
Mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artisti Nurəddin Mehdixanlı "Şöhrət" ordeni ilə təltif edilməsini Prezidentin ümumən Akademik Milli Dram Teatrına göstərdiyi diqqət kimi qiymətləndirib. Müğənni Tünzalə Ağayeva isə öz təşəkkürünü "Azərbaycanlıyam" mahnısından bir parça oxuyaraq bildirib.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 24 dekabr — Sputnik. Dekabrın 24-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev dekabrın 24-nün Azərbaycanın mədəniyyət tarixində önəmli gün olduğunu vurğulayıb: "Hər il cənab Prezidentin sərəncamı ilə müxtəlif mədəni tədbirlər keçirilir, xalqımızın mədəniyyətində önəmli yer tutan şəxslər mükafatlandırılır. Bu gün mükafatlandırılan şəxslərin arasında isə böyük nüfuza malik olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının xadimləri də yer alır. Teatra dövlət statusunun verilməsinin 100 illiyi münasibətilə cənab Prezident teatr xadimlərinə adlar verib. Digər tərəfdən müasir musiqimizin ayrılmaz hissəsi olan musiqiçilər də bu sırada yer alır".

Tədbirdə çıxış edən mədəniyyət xadimləri ölkə rəhbərinə onlara verdikləri qiymətə görə minnətdarlığını bildiriblər. Xalq artisti Nurəddin Mehdixanlı "Şöhrət" ordeni ilə təltif edilməsini Prezidentin ümumən Akademik Milli Dram Teatrına göstərdiyi diqqət kimi qiymətləndirərək, bu gün ölkənin ən mötəbər ordeninə layiq görüldüyünə görə teatrın bütün kollektivinə minnətdar olduğunu söyləyib.

© © Sputnik / Kamal Almuradlı
Mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirilib - Sputnik Azərbaycan
1/6
© © Sputnik / Kamal Almuradlı
Mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirilib - Sputnik Azərbaycan
2/6
© © Sputnik / Kamal Almuradlı
Mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirilib - Sputnik Azərbaycan
3/6
© © Sputnik / Kamal Almuradlı
Mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirilib - Sputnik Azərbaycan
4/6
© © Sputnik / Kamal Almuradlı
Mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirilib - Sputnik Azərbaycan
5/6
© © Sputnik / Kamal Almuradlı
Mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirilib - Sputnik Azərbaycan
6/6
1/6
2/6
3/6
4/6
5/6
6/6

Müğənni Tünzalə Ağayeva çıxış edərək söylədi ki, bu gün çox sevinclidir. O, öz təşəkkürünü "Azərbaycanlıyam" mahnısından bir parça oxuyaraq bildirdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə müğənni Tünzalə Ağayeva, Miri Yusif və Röya Xalq artisti adına layiq görülüb.

Xəbər lenti
0