Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı modelyer qızıl medal aldı

© © Courtesy of Gulnara XalilovaРуководителя Центра азербайджанского национального костюма и Дома моды Гюльнару Халилову наградили золотой медалью и дипломом
Руководителя Центра азербайджанского национального костюма и Дома моды Гюльнару Халилову наградили золотой медалью и дипломом - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa Nəşrlər Evinin komissiyası dizayneri Azərbaycan milli geyimlərinin qorunub-saxlanılması və inkişafına görə təltif edib

BAKI, 18 dekabr — Sputnik. Azərbaycan Milli Geyim Mərkəzi və Modalar evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova qızıl medal və "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" diplomu ilə təltif olunub.

G.Xəlilovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Avropa Nəşrlər Evinin komissiyası dizayneri Azərbaycan milli geyimlərinin qorunub-saxlanılması və inkişafına, milli-mənəvi dəyərlərin təbliğatına, aktiv ictimai fəaliyyətinə, gənclərə vətənpərvərlik ruhu aşıladığına görə təltif edib. 

Mükafatı Avropa Nəşrlər Evinin nümayəndəsi Sahilə Mirzəqızı təqdim edib. 

© © Courtesy of Gulnara XalilovaModelyer Gülnarə Xəlilova qızıl medal və "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" diplomu ilə təltif olunub
Azərbaycanlı modelyer qızıl medal aldı - Sputnik Azərbaycan
Modelyer Gülnarə Xəlilova qızıl medal və "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" diplomu ilə təltif olunub

Müxtəlif illərdə bu mükafata Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, AMEA-nın müxbir üzvü Zemfira Səfərova, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini Kübra Əliyeva və digərləri layiq görülüblər.

Xəbər lenti
0