CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı blogerin oxuduğu mahnı iki günə Rusiyanın top-çartına düşüb - VİDEO

© Pexels BurstПарень слушает музыку, фото из архива
Парень слушает музыку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bloger Hüseyn Həsənov müğənnilik karyerasını davam etdirmək qərarına gəlib və rusiyalı həmkarı Natanla ciddi duet yazdırıb

BAKI, 17 dekabr — Sputnik. Rusiyada yaşayan Azərbaycan əsilli bloger Hüseyn Həsənov ilk dəfə "Black Star Inc" musiqi leyblının artisti Natanla "Vıbiray" (Seç) mahnısına duet yazdırıb. Sputnik Azərbaycan-ın məlumatına görə, duet iki günə Rusiyanın top-çartında 21-ci yeri tutub.

"10 lyamov" (10 milyon-red.) kompozisiyası uğur qazanandan sonra Həsənov müğənnilik karyerası ilə ciddi məşğul olmağa başlayıb. Bu dəfə isə o, məhz Natanla duet oxuyaraq öz komandası ilə birlikdə daha səviyyəli trekdə çıxış edib.

"Trek 2 günə ölkənin top-çartında 21-ci olub. Dəstəyə görə təşəkkür edirəm! Sonra daha çox olacaq. Hər bir qız şahzadədir və bunu unutmaq olmaz! Əgər birdən buna şübhələnməyə əsas verən bir kişi ortaya çıxsa, o zaman mahnı mütləq bunu xatırladacaq. Odur ki, ya şahzadə ol, ya olma, seç", - deyə Həsənov bildirib.

Hüseyn Həsənov Sankt-Peterburqda doğulub, böyüyüb. Onun 25 yaşı var. O, öz çarxlarında əsasən ağrılı mövzulara toxunur və onlara bir qədər yumor əlavə edir. Onun qısa videoçarxlarının qəhrəmanları əsasən rusiyalı və xarici modellər olur. O, həmçinin rusiyalı müğənnilərin kliplərində çəkilir, film və seriallara çəkilməkdən də imtina etmir.

Aktyorluq fəaliyyəti ilə yanaşı, Həsənov geyimlərin dizaynı ilə də məşğul olur və onun hətta öz şəxsi kostyum kolleksiyası mövcuddur. Hazırda sosial şəbəkələrdə onun 12 milyon izləyicisi var.

O, bu yaxınlarda Moskva şəhərinin Mərkəzi İnzibati Dairəsində, Rusiyanın bir çox məşhur aktyor və musiqiçilərinin yaşadığı Arbat küçəsində 200 milyon rubl (5 milyon manatdan çox) qiyməti olan ev almaqla gündəmə gəlmişdi.

"Black Star" – musiqi leyblı və prodüser şirkətinin yaradıcısı və sahibi hip-hop ifaçısı, musiqi prodüseri Timatidir.

Xəbər lenti
0