CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan baletini türklər oynadılar - FOTO

© AZƏRTACSamsunda Fikrət Əmirovun "Nəsimi" baletinin premyerası
Samsunda  Fikrət Əmirovun Nəsimi baletinin premyerası  - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Samsun valisinin müavini Sezgin Üçüncü və Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı səhnə arxasında yaradıcı heyətlə görüşüb, səfirliyin və TÜRKSOY-un adından təşəkkürnamə və xatirə hədiyyələri təqdim ediblər

BAKI, 16 dekabr — Sputnik. Samsun şəhərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Opera və Balet Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Nəsimi" baletinin premyerası olub.

Sputnik Azərbaycan xəbər verir ki, layihə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi, həmçinin türk dünyasında "Nəsimi ili" elan edilməsi münasibətilə reallaşdırılan silsilə tədbirlər çərçivəsində gerçəkləşib.

Opera və Balet Teatrı - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Tarixi şəxsiyyətə həsr olunmuş balet nümayiş olunacaq

Nəsimi rolunda Samsun Opera və Balet Teatrının sənətçiləri - Orçun Ünal, Cem Şenoğlu və Həsən Özvar (gənclik yaşında), şairin həyat yoldaşını Busə Cengiz, qızını İdil Şengül, Misir Sultanı obrazını Süleyman Taşçıoğlu oynayıblar.

Premyeradan sonra Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Samsun valisinin müavini Sezgin Üçüncü və Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı səhnə arxasında yaradıcı heyətlə görüşüb, səfirliyin və TÜRKSOY-un adından təşəkkürnamə və xatirə hədiyyələri təqdim ediblər.

Məlumat verilib ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi dünya poeziyasının görkəmli simalarından olan Nəsiminin yaradıcılığına böyük diqqət göstərərək "Nəsimi" baletinin Türkiyə premyerasını səhnələşdirmək üçün Azərbaycanın görkəmli sənətkarlarına: Xalq artistləri - Əməkdar incəsənət xadimi, dirijor, professor Yalçın Adıgözəlova, xronoqraf Kamilla Hüseynovaya, libretto müəllifi Əjdər Ulduza müraciət edib. Azərbaycanın görkəmli sənətçiləri "Nəsimi" baletinin Türkiyə premyerasında uğurla səhnəyə çıxarılması üçün böyük səy göstəriblər.

Xəbər lenti
0