Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Uşaqlığın son gecəsi” filminin qəhrəmanı evində ölü tapıldı

© © "Azerbaijanfilm" cinema studio / 1969Азербайджанский актер Горхмаз Атакишиев
Азербайджанский актер Горхмаз Атакишиев  - Sputnik Azərbaycan
Abunə olmaq
Həmkarları bildiriblər ki, aktyor 3 gün əvvəl ölüb: “Çox təəssüf ki, belə istedadlı aktyor dilənçi vəziyyətində dünyasını dəyişib”

BAKI, 13 dekabr — Sputnik. Tanınmış aktyor, “Uşaqlığın son gecəsi” filmindəki Zaur obrazı ilə məşhurlaşan Atakişiyev Qorxmaz Ələkbər oğlu 79 yaşında vəfat edib.

Həmkarları Sputnik Azərbaycan-a bildiriblər ki, aktyor övladları ilə ünsiyyəti olmadığından, uzun müddət tək yaşayıb. Onlar Atakişiyevin son 3 gündə evdən çıxmadığını bildiriblər. Qonşular bundan narahat olaraq, hüquq-mühafizə orqanlarına xəbər veriblər. Sonuncular da aktyorun meyitini evdən tapıblar.

Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Atakişiyev Qorxmaz Ələkbər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Həmkarları bildiriblər ki, aktyor 3 gün əvvəl ölüb: “Çox təəssüf ki, belə istedadlı aktyor dilənçi vəziyyətində dünyasını dəyişib”. Q.Atakişiyevin bir oğlu və qızı var.

Qorxmaz Atakişiyev “Uşaqlığın son gecəsi” filmində Zaur obrazı ilə məşhurlaşıb. Film 1968-ci ildə Maqsud İbrahimbəyovun eyniadlı hekayəsi əsasında çəkilib.

Xəbər lenti
0