CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Teatrların Yeni il şənlikləri - Kim? Harada? Necə?

© AP Photo / Paul VernonSanta Klaus
Santa Klaus - Sputnik Azərbaycan
Abunə olmaq
Teatrlarımız Yeni illə əlaqədar fərqli tamaşalar hazırlayıb. Biletlərin qiyməti isə 3-8 manat arası dəyişir

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 10 dekabr — Sputnik. İlin son ayına qədəm qoyan kimi valideynləri ən çox bu sual düşündürür - Uşaqları Yeni il şənliyi üçün hansı teatra aparaq? Sputnik Azərbaycan bunu araşdırmaq üçün Bakıda fəaliyyət göstərən teatrlarla əlaqə saxladı.

Azərbaycan Pantomima Teatrının aktoyru və direktoru, Əməkdar artist Elman Rəfiyev - Sputnik Azərbaycan
Əməkdar artist: “Atam həkim olmağımı istəyirdi, mən isə aktyor oldum” – MÜSAHİBƏ

Məlum oldu ki, Yeni il şənliklərinə ən tez Akademik Rus Dram Teatrı start verəcək. Bəs digər paytaxt teatrları azyaşlı tamaşaçılar üçün qapılarını nə zaman açır?

Akademik Milli Dram Teatrında hazırlanan "Şaxta Baba və Befan nənələr" Yeni il tamaşası dekabrın 27-dən yanvarın 6-dək nümayiş olunacaq. Səhnə əsəri müvafiq olaraq 10:00, 12:00, 14:00, 16:00-da oynanılacaq. Biletlərin qiyməti 8 manatdır. Bu qiymətə azyaşlı tamaşaçılarımıza hədiyyələr də daxildir. Səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Emil Əskərovdur.

Akademik Rus Dram Teatrında 22-29 dekabr tarixlərində "Sehirli Yeni il macəraları" tamaşası təqdim olunacaq. Maraqlı məqamlardan biri də odur ki, səhnəyə eyni vaxtda beş Şaxta baba çıxacaq. Tamaşa hər gün iki seans olmaqla 12:00 və 15:00-da keçiriləcək.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu il "Qrinç" tamaşası ilə uşaqları sevindirəcək. Rejissor Elşad Rəhimzadənin quruluşunda baş tutacaq Yeni il gecəsində tamaşadan öncə foyedə Şaxta Baba, Qar qız və nağıl qəhrəmanları ilə görüş də olacaq. Dekabrın 26-dan yanvarın 5-dək davam edəcək Yeni il tamaşaları 12:00, 14:00, 16:00, 18:00 olmaqla gün ərzində 4 seans keçiriləcək. Biletlər hədiyyəlidir.

Azərbaycan teatrlarında ixtisaslı aktyor problemi: Onları kim və necə hazırlasın>>

Hər il olduğu kimi, bu il də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2020-ci il – Yeni il bayramı münasibəti ilə qış tətili günlərində uşaqların mənalı istirahətini təmin etmək üçün bu dəfə onları bayram əhval-ruhiyyəli "Şaxta baba, Bremen musiqiçiləri və Penin nağılı" tamaşası ilə sevindirəcək. Maraqlı və macəra dolu Yeni il tamaşaları dekabrın 27-dən yanvarın 5-dək hər gün dörd seans olmaqla - saat 10:30, 12:30, 14:30 və 16:30-da nümayiş olunacaq. Tamaşada Yeni il bayramının rəmzləri olan Şaxta baba, Qar qız və balacaların sevimli nağıl qəhrəmanları onları duzlu-məzəli söhbətləri ilə əyləndirəcək və sonda hədiyyələrlə sevindirəcəklər.

Abdulla Şaiq adına Kukla Teatrı uşaqların görüşünə "Qış karnavalı" ilə gələcək. Rejissor Anar Məmmədovun hazırladığı Yeni il tamaşası 26 dekabr – 5 yanvar tarixinədək 12:00, 14:00, 16:00, 18:00-da baş tutacaq. Tamaşa Azərbaycan dilindədir. Teatrdan verilən məlumata görə, hədiyyə olmayacaq.

Xəbər lenti
0